Yəhyaya nazil olmuş vəhy
1 İsa Məsihdən gələn vəhy. Allah tezliklə baş verəcək hadisələri qullarına+ göstərmək+ üçün bu vəhyi İsaya verdi. O, mələyini göndərib onun vasitəsilə bu vəhyi rəmzlərlə qulu Yəhyaya+ verdi. 2 Yəhya da bütün gördüklərinə — Allahın sözünə və İsa Məsihin şəhadətinə şəhadət etdi. 3 Bu peyğəmbərlik sözlərini ucadan oxuyan, onları eşidən və orada yazılanlara əməl edən adam xoşbəxtdir,+ çünki vaxt yaxındır.
4 Yəhya, Asiya əyalətindəki* yeddi yığıncağa:+
Var Olan, Var Olmuş və Zühur Edəcəkdən,+ Onun taxtı qarşısındakı yeddi ruhdan+ və 5 Sadiq şahid,+ İlkin dirilən,+ dünya şahlarının Şahı+ olan İsa Məsihdən gələn lütf və sülh sizinlə olsun.
Bizi sevənə,+ öz qanı bahasına günahlarımızdan azad edənə,+ 6 bizi öz Allahı və Atasına məxsus padşah+ və kahin+ edənə əbədiyyət boyu şöhrət və qüdrət nəsib olsun! Amin.
7 O, buludlarla gələcək.+ Onu hamı, o cümlədən onun bədənini deşənlər öz gözü ilə görəcək. Dünyanın bütün tayfaları kədərlənəcək və ondan ötrü başlarına döyəcəklər.+ Bəli, bu, belə də olacaq. Amin.
8 Yehova Allah belə deyir: «Mən Alfa və Omeqayam*,+ Var Olan, Var Olmuş və Zühur Edəcək, Qüdrət Sahibi+ Mənəm».
9 İsanın yolunda+ sizinlə padşahlığa şərik olan+ və hər cür əziyyətə+ dözməyə hazır olan+ mən, qardaşınız Yəhya, Allah haqqında danışdığıma və İsa haqqında şahidlik etdiyimə görə Patmos deyilən bir adada idim. 10 Mən müqəddəs ruhun təsiri ilə Ağanın gününə aparıldım və arxamda kərənay səsinə bənzər güclü bir səs eşitdim. 11 O səs deyirdi: «Gördüklərini tumara yaz və Efes+, Smirna+, Perqam+, Tiatira+, Sard+, Filadelfiya+ və Laodikiyadakı+ yeddi yığıncağa göndər».
12 Mənimlə kimin danışdığını görmək üçün arxaya dönəndə yeddi qızıl çıraqdan gördüm.+ 13 Çıraqdanların ortasında insan Oğlu bənzərində bir nəfər durmuşdu.+ Onun əynində topuqlarına düşən uzun libas və sinəsində qızıl qurşaq var idi. 14 Saçı, saqqalı ağ yuna bənzəyirdi, qar kimi ağappaq idi, gözləri alov saçırdı.+ 15 Ayaqları dəmirçi kürəsində közərmiş xalis misə bənzəyirdi.+ Səsi gur suların səsi kimi idi. 16 Onun sağ əlində yeddi ulduz var idi+ və ağzından uzun, ikiağızlı iti bir qılınc çıxırdı,+ sifəti günəş kimi par-par yanırdı.+ 17 Onu görəndə ölü kimi ayaqlarına sərildim.
O, sağ əlini üzərimə qoyub dedi: «Qorxma! Mən Birinci+ və Axırıncıyam+, 18 yaşayanam+. Ölmüşdüm+, amma bax! Əbədiyyən yaşayıram,+ ölüm ilə Məzarın*+ açarları məndədir. 19 Buna görə də gördüklərini, indi baş verən və bundan sonra olacaq hadisələri qələmə al. 20 Yeddi qızıl çıraqdanın və sağ əlimdə gördüyün yeddi ulduzun müqəddəs sirrinin açması isə budur: yeddi çıraqdan yeddi yığıncağı, yeddi ulduz isə yeddi yığıncağın mələklərini təmsil edir.+