Məsəllər
2 Oğlum, əgər sözlərimi qəbul etsən,
Hökmlərimi qoruyub saxlasan,+
2 Qulağını hikmətə sarı açsan,+
Qəlbini bəsirətə meyilləndirsən,+
Bəsirəti səsləsən,+
Dəfinə kimi axtarsan,+
5 Onda Yehovadan qorxmağın nə olduğunu anlarsan,+
Allahın elminə yetişərsən.+
7 Allah hikməti dürüst adamlar üçün qoruyur,
O, kamillik yolu ilə gedənlərə qalxandır.+
8 Nəzəri haqqın yollarının üstündə olar,
Sadiq bəndələrinin yolunu hifz edər.+
10 Hikmət ürəyində qərar tutanda,+
Bilik könlünə yatanda+
11 Düşüncə səni qoruyar,+
Bəsirət səni hifz edər.
12 Səni pis yoldan,
Yalan danışanlardan,+
13 Doğru yoldan azıb
Zülmətdə yeriyənlərdən,+
14 Pis işlərdən xoşlanan,
Şərdən, alçaq əməllərdən həzz alanlardan,
15 Əyri yolla gedənlərdən,
Həyatını yalan üzərində quranlardan,
16 Pozğun arvaddan,
Əxlaqsız qadının şirin dilindən qoruyar.+
17 Bu qadın cavanlıq həmdəmini atmış,+
Allahı ilə əhdini unutmuşdur.
18 Onun evi ölümə aparır,
Cığırları ölüm dustaqlarının yanına gedir.+
19 Onun yatağına girən geri qayıtmaz,
Bir daha dirilərin yoluna dönməz.+