Zəbur
Davudun məzmuru. Maskil*.
32 Xoş o kəsin halına ki, asiliyi bağışlanır, günahı əfv olunur.+
3 Mən susduqca bütün günü inildədim, sümüklərim əridi.+
4 Gecə-gündüz əlin* üzərimdə ağır yük oldu,+
Yayın istisində buxarlanan su kimi, gücüm yox oldu. (Selah)
Dedim: «Yehovaya günahlarımı açım».+
Sən də günahlarımdan keçdin.+ (Selah)
Hətta aşıb-daşan sular onları aparmaz.
9 At kimi, qatır kimi şüursuz olma.+
Onların dəlisovluğu cilov, noxta ilə ram edilər,
Yoxsa yanına gəlməzlər».
11 Ey salehlər, sevinciniz Yehova olsun, şadlanın,
Ürəyidüz olanlar, sevincdən haray salın!