Zəbur
71 Sənə sığınmışam, ey Yehova,
Heç vaxt məni xəcalətli qoyma.+
2 Ədalətinlə məni qurtar, nicat ver.
Nə olar, qulağını mənə tərəf əy, məni xilas et.+
3 Qaya üzərində qala ol mənə,
Hər vaxt ora girə bilim.
Nə olar, xilasım üçün əmr ver,
Axı yalçın qayam, istehkamım Sənsən.+
4 Ey Allahım, məni şər adamın əlindən,
İnsafsız zalımın pəncəsindən qurtar,+
5 Çünki ümidim Sənsən, ey Külli-İxtiyar Yehova,
Ta gəncliyimdən güvəncim Sənsən.+
6 Doğulduğum gündən Sənə güvənmişəm,
Anamın bətnindən məni çıxaran Sənsən,+
Daima Sənə alqış deyəcəyəm.
7 Çoxları mənə heyrətlə baxır,
Amma Sən möhkəm sığınacağımsan.
8 Dilim alqışla doludur,+
Gecə-gündüz Sənin calalından danışır.
10 Çünki düşmənlərim əleyhimə danışır,
Canımın qəsdinə duranlar birgə məsləhətləşir.+
11 Deyirlər: «Allah onu tərk edib,
Onu güdüb yaxalayaq, onsuz da dadına çatan olmayacaq».+
12 Ey Allah, məndən uzaq durma,
Ey Allahım, imdadıma çat.+
13 Mənimlə düşmənçilik edənlər
Biabır olsunlar, yox olsunlar.+
Bədbəxtliyimi istəyənlər,
Rüsvay olub yerə girsinlər.+
14 Mən isə hey Səni gözlərəm,
Səni mədh etdikcə, mədh edərəm.
15 Sənin ədalətin dilimdən düşmür,+
Verdiyin qurtuluşlardan danışıram gecə-gündüz,
Hərçənd onları saymaqla qurtarmaz.+
16 Ey Külli-İxtiyar Yehova,
Gəlib Sənin qüdrətli işlərindən danışacağam,
Sənin, yalnız Sənin ədalətindən danışacağam.
17 Ey Allahım, gəncliyimdən bəri mənə tərbiyə verirsən,+
Bu günədək heyrət doğuran işlərin dilimdədir.+
18 Qocalıb saçım ağaranda da məni tərk etmə, ey Allah,+
Qoy gələcək nəslə də qüvvətli qolundan danışım,
Sonrakı nəsillərə qüdrətini söyləyim.+
19 Ədalətin göylərə ucalır, ey Allah,+
Ey Allah, necə böyük işlər görmüsən!
Sənin kimisi varmı?+
20 Hərçənd mənə çoxlu sıxıntılar, bəlalar göstərdin,+
Məni yenidən dirçəlt,
Yerin dibindən çəkib çıxar.+
21 Şan-şöhrətimi artır,
Yenə məni qoru, yenə təsəlli ver.
22 Onda Səni telli alətdə vəsf edərəm,
Çünki sadiqsən, ey Allahım.+
Səni çəngdə tərənnüm edərəm,
Ey İsrailin Müqəddəsi.