Romalılara
5 Belə isə, imana görə+ saleh sayıldığımız üçün gəlin Ağamız İsa Məsih vasitəsilə Allahla aramızdakı sülhü qoruyaq*.+ 2 Aldığımız bu lütfə də onun vasitəsilə və imanımız sayəsində yol açıldı. Ümid edirik ki, Allah bizi şərəfə çatdıracaq.+ Buna görə də gəlin sevinək*! 3 Həmçinin əziyyətlərlə üzləşəndə də sevinməliyik*,+ axı biz bilirik ki, əziyyətlər dözümlü olmağı öyrədir,+ 4 dözüm Allahın razılığını qazandırır,+ Allahın razılığından ümid doğur.+ 5 Ümid isə məyusluq gətirməz,+ çünki bizə verilmiş müqəddəs ruh+ vasitəsilə ürəyimizə Allahın məhəbbəti dolmuşdur.
6 Biz hələ zəif olarkən Məsih təyin olunmuş vaxtda günahlı adamlar uğrunda öldü.+ 7 Saleh adam uğrunda çətin ki, kimsə ölə, amma yaxşı adam uğrunda, ola bilsin, kimsə canından keçər. 8 Allah isə Öz məhəbbətini bizə onunla göstərir ki, biz hələ günahlı ikən Məsih uğrumuzda öldü.+ 9 Beləcə, onun qanı ilə saleh sayıldığımız+ üçün əmin ola bilərik ki, onun vasitəsilə Allahın qəzəbindən qurtulacağıq.+ 10 Əgər hələ düşmən ikən biz Allahın Oğlunun ölümü vasitəsilə Allahla barışmışıqsa,+ əmin ola bilərik ki, indi barışandan sonra onun həyatı vasitəsilə xilas olacağıq. 11 Üstəlik, bizi barışdıran Ağamız İsa Məsih sayəsində Allaha yaxınlaşdığımıza görə sevinirik.+
12 Beləliklə, günah bir adam vasitəsilə, ölüm də günah vasitəsilə dünyaya girdi.+ Beləcə, ölüm bütün adamlara keçdi, çünki hamı günah işləyib.+ 13 Axı günah Qanun verilməzdən əvvəl artıq dünyada idi. Amma qanun olmayan yerdə heç kəs günaha görə ittiham olunmur.+ 14 Buna baxmayaraq, ölüm Adəmdən Musaya qədər, Adəm kimi günah işləməmiş adamların üzərində də hökmranlıq edirdi. Adəmlə gəlişi vəd edilmiş şəxs arasında oxşarlıq var.+
15 Ancaq ənamın nəticəsi günahın nəticəsindən tam fərqlidir. Əgər bir nəfərin günahı ucbatından çoxlu adam öldüsə, Allahın lütfü və ənamı sayəsində (bu ənam lütflə birlikdə tək bir insan+ — İsa Məsih vasitəsilə verildi) çoxları misilsiz fayda qazandı.+ 16 Ənamın xeyri həmin o bir nəfərin törətdiyi günahın nəticəsindən fərqlənir.+ Çünki o bir günaha görə çıxarılan hökm insanları məhkum etdi.+ Çoxlu günahdan sonra verilən ənama görə isə insanlar saleh sayıldı.+ 17 Əgər bir nəfərin günahı ucbatından və onun vasitəsilə ölüm hökmranlıq edirsə,+ əmin ola bilərik ki, bol lütf və salehlik ənamı alanlar+ da tək bir şəxs — İsa Məsih vasitəsilə+ yaşayıb padşahlıq edəcəklər.+
18 Beləliklə, necə ki bir günahın ucbatından hər cür insan məhkum olunur,+ eləcə də bir saleh əməlin nəticəsində hər cür insan+ yaşamaq üçün saleh sayılır.+ 19 Bir nəfərin itaətsizliyi çoxlu insanı günahlı etdiyi kimi,+ bir şəxsin itaəti də çoxlu insanı saleh edəcək.+ 20 Qanun isə günahların çoxluğunu göstərmək üçün gəlmişdi.+ Lakin günah çoxaldıqca Allahın lütfü də aşıb-daşırdı. 21 Nə üçün? Onun üçün ki, günahla ölüm bəşəriyyət üzərində hökmranlıq etdiyi kimi,+ lütf də Ağamız İsa Məsih sayəsində əbədi həyata+ aparan salehlik vasitəsilə hökm sürsün.