Yaradılış
15 Bütün bunlardan sonra İbrama Yehovanın sözü nazil oldu: «Qorxma+, İbram, sənin qalxanın+ Mənəm. Sənin mükafatın çox böyük olacaq».+ 2 İbram Ona cavab verib dedi: «Ey Külli-İxtiyar Yehova! Övladım olmayandan sonra hansı mükafatdan söz gedə bilər? Budur, nəyim varsa bu dəməşqliyə, Əlyəzərə+ qalacaq». 3 Sonra əlavə etdi: «Sən mənə övlad*+ verməmisən, varisim nökərim* olacaq». 4 Onda Yehovanın bu sözü nazil oldu: «Sənin varisin bu adam yox, öz belindən gələn oğlun olacaq».+
5 Allah onu bayıra çıxarıb dedi: «Başını qaldırıb bir göyə bax, ulduzları say, gör saya bilirsən». Sonra dedi: «Bax, övladların* o qədər olacaq».+ 6 İbram Yehovaya iman gətirdi,+ O da bunu salehliyə yazdı.+ 7 Allah sözünə davam etdi: «Mən Yehovayam, bu torpağı sənə vermək üçün səni kəldanilərin Ur şəhərindən çıxaran Allaham».+ 8 İbram soruşdu: «Ey Külli-İxtiyar Yehova, nədən bilə bilərəm ki, bu torpaq mənim olacaq?» 9 Allah cavab verib dedi: «Bir üçillik düyə, üçillik keçi, üçillik qoç, bir qumru və bir göyərçin balası götür». 10 O, bütün bu heyvanları götürüb şaqqaladı, bir hissəsini o birisinin qarşısına qoydu. Quşları isə parçalamadı. 11 Cəmdəklərin üstünə yırtıcı quşlar uçub gəlirdi, İbram isə onları qovurdu.
12 Gün qüruba enəndə İbram dərin yuxuya getdi. O zaman onun üstünə vahiməli qatı zülmət çökdü. 13 Sonra Allah İbrama dedi: «Bunu bil ki, övladların* qürbətdə yaşayacaq, oranın xalqı onları kölə edib dörd yüz il onlara zülm edəcək.+ 14 Amma Mən onların köləlik etdiyi xalqı cəzalandıracağam.+ Bundan sonra onlar oradan əlidolu çıxacaqlar.+ 15 Sən isə əmin-amanlıq içində ata-babalarına qovuşacaq, həyatdan doyaraq bu dünyadan köçəcəksən.+ 16 Sənin övladlarının dördüncü nəsli bura qayıdacaq,+ çünki onda amorilərin günah kasası dolmuş olacaq*».+
17 Günəş batıb zülmət qaranlıq düşəndə tüstülənən bir soba peyda oldu və heyvanların parçalanmış cəsədləri arasından yanar məşəl keçdi. 18 Həmin gün Yehova İbramla əhd bağlayıb+ dedi: «Misir çayından tutmuş böyük çaya, Fərat çayına+ qədər olan bu torpağı sənin övladlarına* verəcəyəm.+ 19 Qənilərin+, qənazilərin, qədmunilərin, 20 hetlərin+, fərizilərin+, rəfaların+, 21 amorilərin, kənanilərin, girqaşilərin, yəbusilərin torpağı sənin nəslinə məxsus olacaq».+