Məlaki
3 Ordular Allahı Yehova deyir: «Budur, elçimi göndərirəm, o, önümdə yol hazırlayacaq.+ Axtardığınız Rəbb qəflətən məbədinə gələcək.+ Yolunu sevinclə gözlədiyiniz əhd elçisi də gələcək. O, mütləq gələcək!»
2 «Onun gələcəyi günə kim tab gətirər? Zühur edəndə kim davam gətirər? Çünki o, əridicinin odu, camaşırçının gilabısı*+ kimi olacaq. 3 O, gümüşü əridib təmizləyən adam kimi oturub+ Lavi oğullarını təmizləyəcək. Onları qızıltək, gümüştək saflaşdıracaq və onlar Yehovaya salehliklə bəxşişlər təqdim edən xalq olacaq. 4 Əvvəlki dövrlərdə, keçmiş illərdə olduğu kimi, Yəhudanın və Yerusəlimin bəxşişi Yehovaya xoş olacaq.+
5 Sizi mühakimə etmək üçün yanınıza gələcəyəm. Cadugəri,+ zinakarı, yalandan and içəni,+ muzdura fırıldaq gələni,+ dula, yetimə zülm edəni+ və qəribdən köməyini əsirgəyəni* dərhal məhkum edəcəyəm.+ Bu adamlar Məndən qorxmurlar», — deyir ordular Allahı Yehova.
6 «Mən Yehovayam. Mən dəyişmirəm*.+ Buna görə siz məhv olmadınız, ey Yaqub oğulları. 7 Ata-babalarınızın dövründən bəri qanunlarımı pozursunuz, onlara əməl etmirsiniz.+ Dönün, Mənə tərəf dönün, Mən də sizə tərəf dönərəm»,+ — deyir ordular Allahı Yehova.
Siz deyirsiniz: «Necə dönək?»
8 «Heç bəndə Allahı talayar? Amma siz Məni çapıb-talayırsınız».
Siz deyirsiniz: «Səni necə talayırıq ki?»
«Ondabirləri, ianələri vermirsiniz. 9 Sizə lənət olsun*, çünki hamınız, bütün xalq Məni talayır. 10 Bütün ondabirləri anbara gətirin ki,+ evimdə azuqə olsun.+ Buyurun, Məni bununla sınayın, — deyir ordular Allahı Yehova, — görün göylərin qapılarını sizin üçün açıram,+ ya yox, başınızdan bərəkət tökürəm, ya yox».+
11 «Qoymaram ziyanverici torpağınızın məhsulunu tələf etsin, bağlarda meynəniz üzümsüz qalsın»,+ — deyir ordular Allahı Yehova.
12 «Bütün xalqlar sizə bəxtəvər deyəcək,+ çünki ölkəniz zövq-səfa diyarı olacaq», — deyir ordular Allahı Yehova.
13 «Mənə qarşı ağır sözlər dediniz», — deyir Yehova.
Siz isə soruşursunuz: «Sənə qarşı nə demişik ki?»+
14 «Siz dediniz: “Allaha qulluq etmək əbəs imiş.+ Onun önündə borcumuzu yerinə yetirdik, ordular Allahı Yehovanın qarşısında qəmli-qəmli gəzdik, amma nə xeyri? 15 Budur, qürurlu adamları bəxtəvər sayırıq. Şər iş görənlər də firavan yaşayır,+ Allahı sınayır, amma cəzasız qalırlar”».
16 O vaxt Yehovadan qorxanlar bir-birilə danışırdı, hər kəs yoldaşı ilə danışırdı. Yehova da diqqətlə qulaq asırdı. Yehovadan qorxanlar və Onun adını düşünənlər*+ haqqında Onun önündə xatirə kitabı yazıldı.+
17 Ordular Allahı Yehova deyir: «Hərəkətə keçdiyim gün onlar Mənim məxsusi mülküm olacaqlar.+ İtaətkar oğluna şəfqət göstərən ata kimi, onlara şəfqət göstərəcəyəm.+ 18 Siz yenə saleh adamla şər adam arasında,+ Allaha qulluq edənlə etməyən arasında fərqi görəcəksiniz».