Zəbur
Dirijora. Davudun məzmuru.
68 Qoy Allah ayağa qalxsın, düşmənləri pərən-pərən olsun,
Ona nifrət edənlər qaçsın önündən.+
2 Duman necə dağılırsa, onları elə dağıt.
Mum odda necə əriyirsə,
Pislər də Allahın önündən eləcə yox olsun.+
4 Allahın şəninə nəğmə deyin,+
Adını nəğmələrdə vəsf edin,
Səhraları aşıb keçənin* şəninə nəğmə deyin,
Sevinin Onun önündə!
6 Allah kimsəsizlərə yurd verir, yuva verir,+
Dustaqları azad edir, onları firavanlığa çıxarır,+
Dikbaşlar isə qarsımış torpaqda yaşayacaq.+
7 Pərvərdigara, Sən xalqını apararkən,+
Səhrada önlərində gedərkən (Selah)
8 Qarşında yer titrədi,+
Göylər yağış olub töküldü.
Sina dağı Allahın, İsrailin Allahının önündə əsdi.+
9 Gur yağışlar yağdırdın, Xudaya,
Taqətdən düşmüş xalqına yeni güc verdin.
10 Onlar düşərgəndə yaşadı,+
Ey Allah, məzlumlara ruzi verdin kəramətinlə.
12 Qoşunların padşahları qaçırlar, qaçırlar!+
Evdə oturmuş qadınsa qənimətdən pay alır.+
13 Ordugahın tonqalları arasında* uzansanız da,
Göyərçin qanadlarınız olacaq, üstü gümüşdən,
Lələkləri xalis qızıldan.
14 Səlmuna qar yağdı,
Qadiri-Mütləq onun padşahlarını yer üzünə pərən-pərən salanda.+
16 Ey zirvəli uca dağlar,
Niyə Allahın Özünə məskən seçdiyi dağa+ həsədlə baxırsınız?
Bəli! Yehova orada əbədiyyən qalacaq.+
17 Allahın cəng arabaları çoxdur, minlərcə, on minlərcədir.+
Yehova Sina dağından müqəddəs məkanına gəldi.+
Özünlə əsirlər apardın,
İnsan timsalında hədiyyələr götürdün,+ hətta inadkarları,+
Ki, onların arasında olasan, ey Yah, ey Allah.
19 Hər gün yükümüzü daşıyan Yehovaya,+
Bizə qurtuluş verən Allaha şükürlər olsun. (Selah)
21 Xudavənd düşmənlərin başını,
Günahından əl çəkməyənlərin təpəsini əzəcək.+
22 Yehova dedi: «Onları Başandan qaytaracağam,+
Dənizin dibindən çəkib çıxaracağam ki,
23 Ayağınız qanda yuyunsun,+
İtləriniz düşmən qanını yalasın».
24 Ey Allah, onlar Sənin zəfər yürüşünü görürlər,
Allahımın, Padşahımın müqəddəs məkana zəfər yürüşünü.+
26 Ey həyatını İsrailin çeşməsindən alanlar,+
Böyük məclislərdə Yehova Allahı mədh edin.
27 Onları kiçik Binyaminin+ qəbiləsi ram edər,
Səs-küylü izdihamla Yəhuda bəyləri,
Zəbulun bəyləri, Niftalı bəyləri.
28 Allahın fərman verib, sənə qüvvət gəlsin.
Gücünü göstər, Pərvərdigara, indiyədək uğrumuzda göstərdiyin kimi.+
30 Qamışlıqdakı vəhşi heyvanları,
Öküz sürülərini+ və danalarını əhliləşdir,
Ta ki xalqlar gümüş gətirib* boyun əysin.
Vuruşqan xalqları isə O pərən-pərən salır.
32 Ey dünya səltənətləri, Allahı nəğmələrdə tərənnüm edin,+
Nəğmələrdə vəsf edin Yehovanı, (Selah)
33 Əzəli göylər göyünə süvar olanı.+
Eşidin! Onun səsi, Onun gur səsi guruldayır.
Allaha alqış olsun!