Süleyman barədə.
72 Ey Allah, padşaha hökmlərini öyrət,
Padşah oğluna ədalətindən pay ver.+
2 Qoy xalqının işinə insafla baxsın,
Məzlumlarına adil hökm çıxarsın.+
3 Qoy dağlar xalqa sülh gətirsin,
Təpələr salehlik gətirsin.
4 Qoy padşah xalqın fağırlarının işinə baxsın,
Kasıb-küsubun balasını qorusun,
Qəsbkarı isə əzib-tapdalasın.+
5 Günəş var olduqca,
Ay yerində durduqca,
Nəsillər boyunca Səndən qorxacaqlar.+
6 Padşah biçilmiş çəmənə yağan yağış kimi,
Torpağı sulayan bərəkətli yağmur kimi olacaq.+
7 Onun dövründə saleh adam çiçəklənəcək,+
Ay durduqca hər yanda sülh olacaq.+
8 Səltənəti dənizdən-dənizə,
Çaydan tutmuş ta dünyanın hüdudlarınadək uzanacaq.+
9 Səhraların məskunları ona təzim edəcək,
Düşmənləri torpağı yalayacaq.+
10 Tarşiş və ada padşahları xərac gətirəcək,+
Səba və Siba padşahları bəxşiş verəcək.+
11 Bütün padşahlar ona təzim edəcək,
Bütün xalqlar qulluğunda duracaq.
12 O, imdad deyib çağıran fağırı,
Məzlumu, biçarəni xilas edəcək.
13 O, fağır-füqəranın halına acıyacaq,
Fəqirlərin canını xilas edəcək.
14 Canlarını zülmdən, zorakılıqdan qurtaracaq,
Qanları onun gözündə dəyərli olacaq.
15 Yaşasın padşah! Səba qızılından ona pay verilsin,+
Onun canına daim dua edilsin,
Hər gün şəninə tərif deyilsin.
16 Yerdə çörək bol olacaq,+
Dağ başında zəmilər aşıb-daşacaq.
Onun məhsulu Livan meşəsitək bol olacaq,+
Şəhər camaatı ot-çiçək kimi göyərsin.+
17 Qoy adı daim yaşasın,+
Günəş var olduqca o da parlasın,
Sayəsində insanlar xeyir-bərəkət tapsın,+
Bütün xalqlar onu bəxtəvər çağırsın.
18 Alqış olsun, Yehova Allaha, İsrailin Allahına,+
Heyrət doğuran işlərin yeganə Yaradanına!+
19 Alqış olsun, daima Onun uca adına,+
Calalı bütün yer üzünü bürüsün,+
Amin! Amin!
20 Yəssə oğlu Davudun+ duaları burada bitir.