-
İmdad deyib çağıranları kim xilas edəcək?Gözətçi qülləsi 2010 | 15 avqust
-
-
14, 15. Məsihin hisslərimizi başa düşdüyünü və «imdad deyib çağıran fəqirləri» qurtaracağını haradan bilirik?
14 Günahlı bəşəriyyət acınacaqlı vəziyyətdədir və ümidsiz halda köməyə ehtiyac duyur. Lakin bizim ümidimiz var. (Məzmur 72:12—14 ayələrini oxu.) Böyük Süleyman İsa qeyri-kamil olduğumuzu başa düşdüyü üçün bizə şəfqətlə yanaşır. Üstəlik, İsa salehlik uğrunda əzab çəkdi, həmçinin Allah onun sınaqlara məruz qalmasına yol verdi. İsa o qədər emosional gərginlik keçirmişdi ki, «təri yerə daman qan damlalarına bənzəyirdi» (Luka 22:44). Sonra işgəncə dirəyində olanda: «Allahım, Allahım! Nə üçün Məni tərk etdin?» — deyə, yüksək səslə qışqırdı (Mat. 27:45, 46). Qarşılaşdığı bütün əzab-əziyyətlərə və Şeytanın onu Yehovadan uzaqlaşdırmaq cəhdlərinə baxmayaraq, İsa Yehova Allaha sadiqliyini sübut etdi.
-
-
İmdad deyib çağıranları kim xilas edəcək?Gözətçi qülləsi 2010 | 15 avqust
-
-
16. Nəyə görə Süleyman öz təbəələrinə qarşı şəfqətli idi?
16 Müdriklik və anlayış sahibi olduğu üçün Süleyman, şübhəsiz, «fəqirə rəhm edir»di. Bundan əlavə, onun həyatında çoxlu kədərli və faciəli anlar olmuşdu. Onun qardaşı Amnon bacısı Tamarı zorlamış, digər qardaşı Avşalom isə buna görə Amnonu qətlə yetirmişdi (2 Şam. 13:1, 14, 28, 29). Avşalom Davudun taxtını ələ keçirdi, lakin sonra uğursuzluğa uğrayıb Yoav tərəfindən qətlə yetirildi (2 Şam. 15:10, 14; 18:9, 14). Sonra Süleymanın qardaşı Adoniya hakimiyyəti ələ keçirməyə çalışdı. Cəhdi baş tutsaydı, o, Süleymanı öldürə bilərdi (1 Pad. 1:5). Süleymanın insanların iztirablarını başa düşdüyü Yehovanın məbədinin açılış mərasimində etdiyi duasından görünür. Padşah öz təbəələri haqda dua edirdi: «Hər kəs öz bəlasını və dərdini bilib bu məbədə tərəf əllərini açsa, o vaxt Sən [Yehova] göydən — Öz məskənindən eşit və bağışla. Ürəyini bildiyin hər adama bütün əməllərinə görə əvəz ver» (2 Saln. 6:29, 30).
17, 18. Allahın bəzi xidmətçiləri hansı əzab-əziyyətlərlə üzləşirlər və onlar buna nəyin sayəsində tab gətirirlər?
17 Keçmişdə həyatımızda baş vermiş müəyyən hadisələr bizim üçün böyük bir dərd ola bilər. Təxminən 30 yaşlarında olan Merib adlı Yehovanın Şahidi deyir: «Xoşbəxt olmaq üçün çoxlu səbəblərim olsa da, çox vaxt keçmişim məndə xəcalət və ikrah hissi doğurur. Məni güclü kədər hissi bürüyür və hönkür-hönkür ağlamaq istəyirəm, sanki, bütün bunlar dünən baş verib. Dərin kök salmış xatirələr nəticəsində hələ də özümü dəyərsiz və günahkar hiss edirəm».
18 Allahın xidmətçilərinin çoxu bu hisslərlə tanışdır. Bəs bu hisslərə tab gətirməyə onlara nə kömək edə bilər? Meri deyir: «Yaxın dostlarım və ruhani bacı-qardaşlarımla olmaq mənə xoşbəxtlik gətirir. Həmçinin mən diqqətimi Yehovanın gələcəyə dair vədinə cəmləyirəm və əminəm ki, kədər göz yaşlarım sevinc göz yaşlarına çevriləcək» (Məz. 126:5). Biz ümidimizi Allahın Oğluna — Onun təyin etdiyi Rəhbərə bağlamalıyıq. Çünki Müqəddəs Kitabda onun haqqında peyğəmbərlik edilmişdi: «Yoxsula, fəqirə rəhm edir, fəqirlərin canlarını azad edir. Onları hədə-qorxudan, zorakılıqdan qurtarır, onun gözündə bunların qanı qiymətlidir» (Məz. 72:13, 14). Bu, bizim üçün çox təsəllivericidir!
-