Zəbur
Asəfin məzmuru.+
3 Xalqına qarşı fitnə-fəsad qururlar,
Əziz bəndələrinə qəsd hazırlayırlar.
5 Sənə qarşı ittifaq bağlayıblar,
Yekdil olub məşvərətləşirlər:+
10 Onlar Eyn-Dorda+ məhv edildi,
Torpaqda peyin oldular.
12 Çünki onlar demişdilər:
«Gəlin Allahın məskənini ələ keçirək».
13 Ey Allahım, onları sovrulan tikan komasına,
Küləyin süpürdüyü saman çöpünə çevir.+
14 Yanğın meşəni yandırdığı kimi,
Alov dağları qarsıdığı kimi,+
15 Onları tufanınla qov,+
Qasırğanla dəhşətə sal.+
16 Onların üzünü şərəfsizliyə bürü ki,
Sənin adını axtarsınlar, ey Yehova.
17 Qoy əbədilik rüsvay olub qorxuya düşsünlər,
Rəzil olub məhv olsunlar.