Yaradılış
22 Bu əhvalatın üstündən bir müddət keçəndən sonra Allah İbrahimin imanını sınağa çəkdi.+ O: «Ey İbrahim!» — deyə çağırdı. İbrahim cavab verdi: «Bəli, ya Rəbb!» 2 Allah dedi: «Canın qədər sevdiyin yeganə oğlun+ İshaqı+ götür, Muriyyə+ torpağına get. Orada sənə göstərəcəyim dağda oğlunu qurban gətir*».
3 İbrahim səhər sübhdən qalxıb ulağını palanladı. Özü ilə iki nökərini və oğlu İshaqı götürdü. Yandırma qurbanı üçün odun yardı və durub Allahın dediyi yerə yollandı. 4 Üçüncü gün başını qaldıranda uzaqdan həmin yeri gördü. 5 İbrahim nökərlərinə dedi: «Siz ulaqla burada qalın, oğlumla mən isə ora gedək, ibadət edib qayıdacağıq».
6 İbrahim yandırma qurbanı üçün götürdüyü odunu oğlu İshaqın kürəyinə şələlədi. Özü isə odu və bıçağı götürdü və birlikdə getdilər. 7 Yolda İshaq İbrahimi çağırdı: «Ata!» O: «Eşidirəm, oğlum», — deyə cavab verdi. «Odumuz da var, odunumuz da, bəs yandırma qurbanı üçün qoyun hanı?» 8 İbrahim dedi: «Yandırma qurbanı üçün qoyunu Allah Özü yetirəcək,+ oğlum». Onlar yollarına davam etdilər.
9 Nəhayət, Allahın göstərdiyi yerə gəlib çıxdılar. İbrahim orada qurbangah düzəldib odunları üstünə yığdı və oğlu İshaqın əl-ayaǧını bağlayıb qurbangaha, odunların üstünə uzatdı.+ 10 Sonra əl atıb bıçağı götürdü ki, oğlunu qurban gətirsin.+ 11 Amma Yehovanın mələyi göydən onu çağırdı: «İbrahim, İbrahim!» O: «Bəli!» — deyə səsləndi. 12 «Uşağa heç nə eləmə. İndi bildim ki, sən Allahdan qorxursan, çünki öz yeganə oğlunu Məndən əsirgəmədin».+ 13 Onda İbrahim baxıb arxada buynuzları kola ilişmiş bir qoç gördü. Gedib qoçu gətirdi və oğlunun əvəzinə yandırma qurbanı kimi təqdim etdi. 14 İbrahim o yerin adını Yehova-Yire* qoydu. Buna görə də indiyəcən belə deyirlər: «Yehova Öz dağında yetirəcək».+
15 Yehovanın mələyi göydən ikinci dəfə səslənib İbrahimə dedi: 16 «Yehova belə deyir: “Varlığıma and içirəm+ ki, yeganə oğlunu əsirgəmədiyin+ üçün 17 səni mübarək qılacağam, övladlarını* göydəki ulduzlar, dəniz sahilindəki qum dənələri qədər çoxaldacağam.+ Sənin övladların düşmən şəhərlərini* zəbt edəcək.+ 18 Yer üzünün bütün xalqları sənin övladın*+ vasitəsilə mübarək olacaq, çünki sən Mənim sözümə qulaq asdın”».+
19 Bundan sonra İbrahim nökərlərinin yanına qayıtdı. Onlar qalxıb birlikdə Biir-Səbaya geri döndülər. İbrahim Biir-Səbada+ yaşadı.
20 Bir müddət sonra İbrahimə xəbər çatdırdılar ki, qardaşı Nahurun+ da Milqədən oğulları olub: 21 ilki Uz, onun qardaşı Buz, Aramın atası Qamuil, 22 Xəsəd, Xəzuh, Fildəş, Yədləf və Bətuil+. 23 Bətuil Rəfəqənin+ atası idi. İbrahimin qardaşı Nahurun Milqədən bu səkkiz oğlu dünyaya gəlmişdi. 24 Cariyəsi Rümahdan da onun Təbah, Qaham, Tahaş və Məkah adında oğulları olmuşdu.