Birinci İşmuil
18 Davud Talutla danışıb qurtaranda Yonatanın+ qəlbi Davuda bağlandı. Yonatan onu öz canı kimi sevməyə başladı.+ 2 O gündən Talut Davudu yanında saxladı və onu daha atasının evinə buraxmadı.+ 3 Yonatanla Davud əhd-peyman bağladılar,+ çünki Yonatan onu öz canı kimi sevirdi.+ 4 Yonatan əynindən xələtini çıxarıb öz libası, qılıncı, ox-kamanı və qurşağı ilə birlikdə Davuda verdi. 5 Davud yürüşlərə çıxmağa başladı. O, Talutun tapşırdığı hər işi yarıdırdı.+ Talut onu döyüşçülərin üstünə başçı qoydu.+ Bu, həm xalqın, həm də Talutun əyanlarının ürəyincə oldu.
6 Davud və döyüşçülər filiştliləri darmadağın edib geri qayıdanda bütün İsrail şəhərlərindən qadınlar əllərində qaval və setar mahnı oxuyub+ rəqs edə-edə+ sevinc içində Talutu qarşılamağa çıxırdılar. 7 Şənlik edən qadınlar oxuyurdular:
«Talut qırdı minləri,
Davudsa on minləri».+
8 Bu nəğmə Talutun çox acığına gəldi,+ o qəzəblənib dedi: «Davuda on minləri deyirlər, mənə isə minləri. Bircə bu qalıb ki, taxt-tacı da ona versinlər!»+ 9 Həmin gündən Talut Davuda şübhə ilə baxmağa başladı.
10 Səhərisi gün Allahın izni ilə şər ruh Talutu tutanda+ o, evdə qəribə hərəkətlər etməyə başladı*. Davud həmişəki kimi çəng çalırdı.+ Talutun isə əlində nizə var idi.+ 11 O, öz-özünə: «Qoy Davudu divara pərçimləyim», — deyərək nizəni ona atdı.+ Amma Davud iki dəfə canını Talutdan qurtardı. 12 Talut Davuddan qorxmağa başladı, çünki Yehova Davudla idi,+ ondan isə ayrılmışdı.+ 13 Buna görə Talut onu öz yanından uzaqlaşdırıb minbaşı etdi. Davud döyüşlərdə orduya başçılıq edirdi.+ 14 Davud hər işində uğur qazanırdı*+ və Yehova onunla idi.+ 15 Talut Davudun böyük uğurlar qazandığını görəndə ondan qorxdu. 16 Bütün İsrail və Yəhuda isə Davudu sevirdi, çünki o, hərbi yürüşlərə başçılıq edirdi.
17 Bir gün Talut Davuda dedi: «Böyük qızım Merabı+ sənə verəcəyəm+. Amma sən gərək bundan sonra da mənə şücaətini göstərəsən, Yehovanın müharibələrini aparasan».+ Talut öz-özünə deyirdi: «Qoy o, mənim yox, filiştlilərin əli ilə ölsün».+ 18 Davud Taluta dedi: «Mən kiməm, qohumlarım, atamın nəsli İsraildə nəçidir ki, mən padşaha kürəkən olum?»+ 19 Amma Talutun qızı Merabı Davuda vermək vaxtı gələndə, belə məlum oldu ki, onu artıq məhlalı Ədrailə+ veriblər.
20 Talutun kiçik qızı Məkyal+ Davuda aşiq olmuşdu. Bunu Taluta xəbər verəndə o sevindi. 21 Talut dedi: «Qızı ona verib onu tələyə salaram. Beləcə, Davudu filiştlilərin əli ilə məhv edərəm».+ Onda Talut ikinci dəfə Davuda dedi: «Bu gün mənimlə qohum olacaqsan*». 22 Talut əyanlarına tapşırdı: «Xəlvətə salıb Davuda deyin: “Padşahın səndən xoşu gəlir, elə bütün əyan-əşrəf də sənə rəğbət bəsləyir. Gəl padşahla qohum ol”». 23 Talutun əyanları bunları deyəndə Davud dedi: «Elə bilirsiniz, mənim kimi kasıb, kiçik bir adam üçün padşahla qohum olmaq asan işdir?»+ 24 Əyanlar Taluta dedilər: «Davud belə-belə deyir».
25 Onda Talut dedi: «Davuda belə deyin: “Padşah səndən başlıq istəmir.+ Padşahın düşmənlərindən qisas almaq üçün yüz filiştlinin sünnət ətini+ gətirsən, bəsdir”». Bu fəndlə Talut Davudu filiştlilərin əlilə aradan götürmək istəyirdi. 26 Əyanlar bu sözləri Davuda söylədilər. Padşahla qohum olmaq fikri ona xoş gəldi.+ Təyin edilmiş vaxt başa çatmamış 27 Davud adamları ilə gedib iki yüz filiştlini öldürdü. Padşahla qohum olmaq üçün onların sünnət ətini gətirib padşaha verdi. Talut qızı Məkyalı ona verdi.+ 28 Talut başa düşdü ki, Yehova Davudladır+ və qızı Məkyal onu sevir.+ 29 Talut Davuddan daha da qorxmağa başladı. Talut ömrünün axırına kimi ona qənim kəsildi.+
30 Filişt hakimləri hücumlar edirdilər. Hər dəfə onlarla döyüşdə Davud Talutun əyanlarının hamısından çox uğur qazanırdı*.+ Onun şan-şöhrəti hər yana yayılmışdı.+