Yəhyaya nazil olmuş vəhy
19 Bundan sonra mən göydə böyük bir izdihamın səsinə oxşar bir gur səs eşitdim. Səs belə deyirdi: «Yaha* alqış edin!+ Qurtuluş, şan və qüdrət Allahımıza məxsusdur! 2 Çünki Onun hökmləri doğru və ədalətlidir.+ Axı O, bütün dünyanı öz əxlaqsızlığı ilə pozmuş böyük fahişəyə hökm kəsdi, əlləri Onun qullarının qanına bulaşmış bu fahişədən qisas aldı».+ 3 Səs təkrar etdi: «Yaha alqış edin!+ Şəhərin tüstüsü əbədiyyət boyu göyə qalxacaq!»+
4 İyirmi dörd ağsaqqal+ və dörd məxluq+ taxtda oturmuş Allahın qarşısında diz çöküb səcdə etdilər və dedilər: «Amin! Yaha alqış edin!»+
5 Taxtdan bir səs gəldi: «Ey Allahımızın qulları,+ Ondan qorxan kiçiklər və böyüklər,+ Ona alqış edin!»
6 Sonra böyük bir izdihamın, gur suların, güclü göy gurultusunun səsinə oxşar bir səs eşitdim. Səs deyirdi: «Yaha alqış edin!+ Çünki Qüdrət Sahibi,+ Allahımız Yehova padşahlıq etməyə başladı!+ 7 Bir yerdə sevinək, şadlanaq və Onu ucaldaq, çünki Quzunun toy günüdür, gəlin də hazırlaşıb. 8 Gəlinə zərif kətandan biçilmiş təmiz, parlaq libas geyinməyə izin verildi. Zərif kətan müqəddəslərin saleh əməllərini bildirir».+
9 Mələk mənə dedi: «Yaz! Quzunun toy ziyafətinə+ dəvət alanlar xoşbəxtdirlər». Sonra o əlavə etdi: «Bunlar Allahın doğru sözləridir». 10 Onda mən ona səcdə etmək üçün ayaqlarına yıxıldım. Lakin o, mənə dedi: «Dayan! Bunu etmə!+ Mən sadəcə sənin kimi və İsa haqqında şəhadət verən qardaşların kimi bir qulam.+ Allaha səcdə qıl,+ çünki İsa haqqında şəhadət peyğəmbərliklərin məğzidir».+
11 Sonra mən açılmış göyü gördüm və budur: bir ağ at.+ Atın belində oturan Sadiq+ və Həqiqi+ adlanır. O, ədalətlə hökm edir və döyüşür.+ 12 Onun gözləri alov saçır,+ başında çoxlu tac var. Onun üzərində özündən başqa heç kimə məlum olmayan bir ad yazılıb. 13 O, üstü qanlı* libas geyinib, ona «Allahın sözü+» adı verilib. 14 Səmavi qoşunlar ağ atların belində onun arxasınca gəlirlər. Onların əynində ağ, zərif kətandan təmiz libas var. 15 Onun ağzından xalqları vurmaq üçün uzun, iti qılınc+ çıxır. O, xalqlara dəmir çomaqla çobanlıq edəcək.+ Üstəlik, o, Qadir Allahın şiddətli qəzəbinin üzümsıxanında üzüm tapdalayır.+ 16 Onun libasının üstündə, budu örtən yerdə «padşahlar Padşahı və ağalar Ağası» adı yazılmışdır.+
17 Sonra mən günəşin ortasında durmuş bir mələk gördüm. O, göy üzü ilə uçan bütün quşlara gur səslə dedi: «Buraya uçun, Allahın böyük ziyafətinə toplaşın!+ 18 Padşahların, sərkərdələrin, qüdrətlilərin+, atların və atlıların ətini — istər azad, istər qul, istər kiçik, istər böyük olsun — hamısının ətini yeyin».+
19 Mən gördüm ki, vəhşi heyvan və dünya padşahları ilə qoşunları, atın belində oturanla və onun qoşunları ilə vuruşmaq üçün bir yerə toplaşıb.+ 20 Vəhşi heyvan yaxalandı. Onun qabağında əlamətlər göstərib üzərində vəhşi heyvanın+ nişanı olanları və onun surətinə sitayiş edənləri+ yoldan çıxaran yalançı peyğəmbər+ də onunla birlikdə tutuldu. Onların ikisi də kükürdlə yanan alovlu gölə diri-diri atıldı.+ 21 Qalanlarını isə atın belində oturan ağzından çıxan uzun qılıncla öldürdü.+ Bütün quşlar onların ətini yeyib doydular.+