Zəbur
DÖRDÜNCÜ BÖLMƏ
(90—106-cı məzmurlar)
Allahın qulu Musanın+ duası.
90 Ey Yehova, bütün nəsillər boyu məskənimiz* Sənsən.+
2 Dağlar doğulmazdan əvvəl,
Sən dünyanı, torpağı var etməzdən əvvəl,+
Əzəldən əbədiyyətə Allah Sənsən.+
9 Qəzəbindən ömür-günümüz bitir,
İllərimiz pıçıltıtək kəsilir.
O da ki əzabla, qəm-qüssə ilə keçər,
Ömrümüz tez ötür, uçub gedirik.+
11 Qəzəbinin şiddətini kim anlaya bilər?
Hiddətin canımızdakı xofun qədər böyükdür.+
Axı nə vaxtadək belə davam edəcək?+
Bəndələrinə yazığın gəlsin.+
14 Sübh tezdən bizi məhəbbətinlə doyuzdur ki,+
Şaqraq səsimiz yüksəlsin, ömür boyu sevincimiz aşıb-daşsın.+
15 Qəm-qüssə verdiyin günlərin sayı qədər,+
Əzab-əziyyət çəkdiyimiz illərin sayı qədər+ sevinc ver bizə.
17 Allahımız Yehovanın lütfü üstümüzdən əskik olmasın,
Qoy əlimizin işi avand olsun.
Özün işimizi avand elə.+