Zəbur
33 Ey salehlər, Yehovanın işlərinə görə sevinib-şadlanın!+
Dürüst adamın dilinə Allaha tərif yaraşır.
2 Çəng* çalıb Yehovaya həmd edin,
On telli alətdə Onu tərənnüm edin.
3 Şəninə yeni nəğmə oxuyun,+
Gözəl çalın, şən səsinizi yüksəldin.
4 Çünki Yehovanın sözü doğrudur,+
Bütün işləri etibarlıdır.
5 Yehova salehliyi, ədaləti sevir.+
Məhəbbəti yer üzünü bürüyüb.+
7 Dəniz sularına, sanki, bənd çəkib saxlar,+
Çağlayan suları anbarlara yığar.
8 Qoy bütün dünya Yehovadan qorxsun,+
Yer üzündə yaşayanlar lərzəyə gəlsin.
11 Yehovanın qərarları isə əbədi durar,+
Qəlbinin düşüncələri nəsildən-nəslə yaşar.
12 Allahı Yehova olan xalq nə bəxtiyardır!+
Onun Özünə mülk etdiyi xalq nə bəxtiyardır!+
13 Yehova göylərdən seyr edir,
Bütün bəşər oğullarını görür.+
14 Məskənindən dünyanın bütün sakinlərinə baxır.
15 Hər qəlbi şəklə salan,
Hər kəsin işinə qiymət verən Odur.+
18 Yehovanın gözü Ondan qorxanların,
Ondan məhəbbət umanların üzərindədir ki,+
19 Canlarını ölümdən qurtarsın,
Qıtlıq zamanı onları sağ saxlasın.+
21 Könlümüz Onunla sevinər,
Onun müqəddəs adına təvəkkül edirik.+