Davudun məzmuru.
א [Alef]
25 Sənə üz tutmuşam, ey Yehova,
ב [Bet]
2 Ey Allahım, Sənə güvənmişəm,+
Məni xəcalətdə qoyma.+
Qoyma düşmənlərim halıma gülsün.+
ג [Qimel]
3 Ümidini Sənə bağlayanların heç biri xəcil olmaz,+
Nahaqdan mənə badalaq gələnlər isə rüsvay olar.+
ד [Dalet]
4 Mənə yollarını göstər, ey Yehova,+
Mənə yollarını öyrət.+
ה [He]
5 Məni haqq yolunda yerit, mənə təlim ver,+
Ey Allahım, Sənsən xilaskarım.
ו [Vav]
Əlim hər zaman Sənin ətəyindədir.
ז [Zayn]
6 Ey Yehova, mərhəmətini, məhəbbətini yada sal,+
Onları əzəldən bəri göstərirsən.+
ח [Xet]
7 Nə olar, cavanlıq səhvlərimi, günahlarımı yadına salma.
Kəramətin naminə, ey Yehova,+
Məni məhəbbətinlə+ xatırla.
ט [Tet]
8 Yehova kəramətlidir, haqdır,+
O, günahkara düzgün yaşamağı öyrədir.+
י [Yud]
9 O, həlimləri doğruluğa yönəldər,+
Onlara Öz yolunu öyrədər.+
כ [Kaf]
10 Əhdinə, öyüdlərinə+ tabe olanlar üçün+
Yehovanın bütün yolları məhəbbət və sədaqət yoludur.
ל [Lamed]
11 Adın naminə, ey Yehova,+
Məni bağışla, hərçənd günahım böyükdür.
מ [Mem]
12 Kim ki Yehovadan qorxur,+
Allah ona lazımi yolu göstərəcək.+
נ [Nun]
13 Firavanlıq görər o insan,+
Nəsli də yeri miras alacaq.+
ס [Samex]
14 Yehovadan qorxanların payı Onun dostluğudur,+
O, onlara Öz əhdini bildirir.+
ע [Ayn]
15 Gözlərimi Yehovaya dikmişəm,+
O, ayağımı tordan qurtarar.+
פ [Pe]
16 Nə olar, üzünü mənə çevir, mənə lütf göstər,
Axı tənhayam, naçaram.
צ [Tsade]
17 Könlümün qubarı artıb,+
Qəm yükünü üstümdən götür.
ר [Reyş]
18 Dərdimi, əzabımı gör,+
Bütün günahlarımı əfv et.+
19 Bax, gör düşmənlərim nə qədərdir,
Mənə amansız nifrət edirlər.
ש [Şin]
20 Canımı hifz et, məni qurtar,+
Qoyma rüsvay olum, axı Sənə sığınmışam.
ת [Tav]
21 Qoy kamillik və dürüstlük məni qorusun,+
Çünki ümidim Sənsən.+
22 Ey Allahım, İsraili bütün bəlalardan qurtar.