Zəbur
2 Dünyanın padşahları qalxır,
Rəhbərləri bir nəfər kimi
3 «Onların buxovlarını qoparaq,
İplərini üzərimizdən sıyırıb ataq», — deyirlər.
4 Taxtı göylərdə olan güləcək,
Yehova onlara istehza edəcək.
5 O zaman onlarla qəzəblə danışacaq,
Hiddəti onları lərzəyə salacaq,
6 «Mən padşahımı müqəddəs dağımda,
10 İndi, ey padşahlar, düşünün,
Ey yer üzünün hakimləri, ağlınızı başınıza yığın,
11 Yehovadan qorxun və Ona xidmət edin,
Onun önündə titrəyərək sevinin.
12 Oğula ehtiram göstərin* ki,+ Allah qəzəblənməsin,
Siz də getdiyiniz yolda məhv olmayasınız,+
Çünki Onun qəzəbi qəfil alışar.
Nə xoşbəxtdir Ona pənah gətirənlər!