Məsəllər
31 Ləmuil padşahın sözləri. Anasının öyüd verərək ona söylədiyi kəlamlar.+
2 Nə söyləyim sənə, oğul?
Ey bətnimdən çıxan,
Ey nəzir-niyazla tapdığım oğul!+
4 Padşahlara yaraşmaz, ey Ləmuil,
Şərab içmək padşahlara yaraşmaz.
«Hanı içki?» — demək rəhbərə layiq deyil.+
5 Yoxsa içib fərmanı unudarlar,
Fağırın haqqını tapdalayarlar.
7 Qoy içib yoxsulluqlarını unutsunlar,
Bir də dərdlərini yada salmasınlar.
8 Dilsiz-ağızsızların müdafiəsinə qalx,
Məhv olanların haqqını qoru.+
9 Onların müdafiəsinə qalx, ədalətlə hökm et,
Məzlumların, yoxsulların haqqını qoru.+
O, ləl-cəvahiratdan da qiymətlidir.
ב [Bet]
11 Ərinin ürəyi ondan arxayındır.
Korluq nədir, bilməz.
ג [Qimel]
12 O, ömrü boyu
Ərinin qabağına şər yox, xeyir çıxarar.
ז [Zayn]
16 Tarlaya baxıb sonra alar,
Əlinin zəhməti ilə üzümlük salar.
ט [Tet]
18 Alış-verişinin xeyrini görər,
Gecələr də çırağı sönməz.
ל [Lamed]
21 Qar yağanda ailəsinə görə narahat olmaz,
Çünki hamısının isti paltarı var.
מ [Mem]
22 Çarpayısı üçün örtük toxuyar,
Kətandan, bənövşəyi yundan libas geyinər.
ס [Samex]
24 Qadın kətandan paltar düzəldib satar,
Tacirlərə qurşaqlar verər.
ע [Ayn]
25 Gücə, əzəmətə bürünər,
Sabaha görə ürəyi arxayın olar.
ר [Reyş]
29 Yaxşı qadınlar çoxdur,
Amma sənin tayın-bərabərin yoxdur.