Əyyub
27 Əyyub sözünə davam etdi:
3 Nə qədər ki nəfəsim gedib-gəlir,
Burnumda Allahın verdiyi ruh var,+
4 Ağzımdan heç bir haqsızlıq çıxmayacaq,
Dilim yalan danışmayacaq!
5 Əsla sizə haqq qazandırmaram!
Mən son nəfəsimədək sadiq qalacağam*!+
7 Qoy düşmənim pis adama,
Mənə hücum edən günahkara tay olsun.
8 Allahsız adam məhv olanda,+ Xudavənd canını alanda,
Ümidi nəyə qalar?
9 Başına dərd-bəla gələndə
Allah onun fəryadını eşidəcəkmi?+
10 Qüdrət Sahibi onun sevinci olacaqmı?
O, Allaha gecə-gündüz yalvaracaqmı?
11 Sizə Allahın qüdrəti haqqında bilik verəcəyəm*,
Qüdrət Sahibi barəsində heç nə gizlətməyəcəyəm.
12 Əgər hamınız vəhylər almısınızsa,
Onda niyə boş-boş danışırsınız?
13 Pis adamın Allahdan alacağı pay,+
Zülmkarın Qüdrət Sahibindən alacağı miras budur.
14 Oğulları çoxalsa da, qılıncdan öləcək,+
Nəsli qarındolusu çörək yeməyəcək.
15 Ondan sonra sağ qalanlar bəladan tələf olacaq,
Dul qalmış arvadları onlardan ötrü ağlamayacaq.
16 Qum qədər gümüş yığıb-toplasa da,
Gil yığını kimi libası üst-üstə yığsa da,
17 Qoy yığsın,
Onları saleh geyəcək,+
Gümüşünü məsumlar bölüşdürəcək.
18 Tikdiyi ev möhkəm deyil, sanki, güvə komasıdır,
Gözətçi çardağı+ kimidir.
19 O, varlı-hallı yatacaq, məhsulu biçilməyəcək,
Bir də gözünü açacaq ki, lüt-üryan qalıb.
20 Dəhşət üstünə sel kimi gələcək,
Gecə vaxtı tufan onu alıb aparacaq.+
21 Şərq küləyi onu sovuracaq, o yox olacaq,
Onu yerindən süpürüb aparacaq.+