Məsəllər
4 Balalarım, ata tərbiyəsinə qulaq asın,+
Dərrakəli olmaq üçün diqqətli olun.
2 Sizə gözəl nəsihət verərəm,
Təlim-tərbiyəmi qulaqardına vurmayın.+
5 Hikmət qazan, dərrakə qazan.+
Sözlərimi unutma, onlardan kənara çıxma.
6 Hikməti atma, o, səni qoruyar.
Onu sev, o, səni hifz edər.
7 Ən əsası hikmətdir,+ hikmət qazan.
Nə qazanırsan qazan, amma dərrakə qazanmağı unutma.+
8 Hikməti uca tut, o da səni ucaldar.+
Ondan yapışsan, səni şərəfə çatdırar.+
9 Başına gözəl çələng qoyar,
Səni zinət tacı ilə bəzəyər».
10 Qulaq as, oğlum, sözlərimi eşit,
Onda ömrün uzun olar.+
12 Gedərkən yolunda maneə olmaz,
Yüyürəndə büdrəməzsən.
16 Onlar pislik etməsələr, gözlərinə yuxu getməz,
Kimisə yıxmasalar, yuxuları qaçar.
17 Onlar yamanlıq çörəyi yeyir,
Zorakılıq şərabı içirlər.
19 Şər adamların yolu zülmətdir.
Bilmirlər nədən büdrəyirlər.
20 Oğlum, sözlərimə diqqətli ol,
Dediklərimə qulaq ver.
21 Gözünü onlardan çəkmə,
Onları qəlbinin dərinliklərində saxla.+
22 Çünki onları tapan həyat tapır,+
Cansağlığı tapır.
24 Saxta sözlərdən uzaq dur,+
Fitnəkar sözləri özündən kənar elə.
25 Gözlərin düz qabağa baxsın,
Nəzərin irəli zillənsin.+