Fəsil 9
Şirnikdirici təkliflərə necə qarşı dura bilərəm?
Kəmalənin əyləncə gecəsinə gəldiyi heç on dəqiqə deyildi ki, iki oğlan əlində bir neçə böyük paket içəri girir. Paketlərin içində nə olduğunu bilmək üçün baş sındırmağa ehtiyac yox idi. Çünki həmin oğlanlar burada çoxlu içki olacağını deyəndə Kəmalə ötəri eşitmişdi.
Birdən Kəmalə arxadan tanış bir səs eşidir: «Burada niyə durmusan, yasa gəlmisən, nədir?» Kəmalə çevrilib rəfiqəsi Cəmiləni əlində ağzı açıq iki pivə butulkası ilə görür. O, butulkanın birini Kəmaləyə uzadıb deyir: «Bircə demə ki, yaşın çatmır!»
Kəmalə imtina etmək istəyir, amma bunu etmək onun düşündüyündən də çətindir. Axı Cəmilə onun rəfiqəsidir və o, rəfiqəsinin xətrinə dəymək istəmir. Üstəlik, Cəmilə yaxşı qızdır. Əgər o içki içirsə, deməli, bunda pis bir şey yoxdur. «Bu, sadəcə pivədir. Narkotik və ya seks deyil ki», — deyə Kəmalə özünə təsəlli verir.
GƏNC olanda cürbəcür sınaqlarla üzləşirsən. Çox vaxt bu, əks cinslə bağlı olur. 17 yaşlı Ramon deyir: «Məktəbdəki qızlar adama qırsaqqız kimi yapışırlar. Onlar sənə toxunur və nə dərəcədə həddi aşmalarına yol verəcəyini yoxlamaq istəyirlər. “Əl çək” sözü onlara kar eləmir!» 17 yaşı olan Diana da eyni şeyi yaşamışdır. O deyir: «Bir oğlan yaxınlaşıb məni qucaqladı. Mən onun əlinə bərk vurub: “Çaşmısan?! Mən heç səni tanımıram!” — dedim».
Sən də bu kimi sınaqlarla üzləşə bilərsən və sənə elə gələ bilər ki, onlardan can qurtarmaq mümkün deyil. Ardı-arası kəsilməyən bu cür sınaqları üzərində «Narahat etməyin» yazısı olan qapının durmadan döyülməsi ilə müqayisə etmək olar. Sən bu səsi gözlədiyindən də çox eşidirsən? Məsələn, aşağıda sadalanan şirnikdirici təsirlərdən hansı ilə qarşılaşırsan?
□ Siqaret
□ Pornoqrafiya
□ Spirtli içki
□ Seks
□ Narkotik
□ Digər ․․․․․
Bunlardan hansınısa ✔ işarəsi ilə qeyd etməyin o demək deyil ki, səndən məsihçi çıxmaz. Sən günahlı arzuları boğmağı və şirnikdirici təsirlərə qarşı durmağı öyrənə bilərsən. Necə? Sənə şirnikdirici təsirlərin arxasında nəyin durduğunu öyrənməyin köməyi dəyə bilər. Gəl üç səbəbi nəzərdən keçirək.
1. Qeyri-kamillik. Pis işlərə meyil göstərmək bütün qeyri-kamil insanlara xasdır. Hətta Allahın sadiq xidmətçisi olan həvari Pavel səmimi olaraq etiraf etmişdi: «Düzgün iş görmək istəyəndə pislik başımın üstünü kəsdirir» (Romalılara 7:21). Göründüyü kimi, hətta salehliyə can atan insan da bəzən bədənin və gözlərin istəyinə qapıla bilər (1 Yəhya 2:16). Ancaq daima günahlı fikirlərə dalmağın axırı pis qurtara bilər. Çünki Müqəddəs Kitabda deyilir: «Nəfs boylu qalıb günah doğur» (Yaqub 1:15).
2. Kənar təsirlər. Hara baxırsan, hər yan şirnikdirici təsirlərlə doludur. Turan adlı gənc qadın deyir: «İstər məktəbdə, istərsə də iş yerində ancaq seksdən danışırlar». O əlavə edir: «Televiziya proqramlarında və kinolarda bunu cəlbedici və arzuolunan bir şey kimi təqdim edirlər. Onun pis nəticələrini isə, demək olar ki, heç göstərmirlər». Turan bu kimi təsirlərin nə dərəcədə güclü ola biləcəyini öz təcrübəsindən bilir. «16 yaşım olanda bir oğlana vurulmuşdum. Anam məni qabağına qoyub başa saldı ki, belə getsə, axırı hamiləliklə qurtaracaq. Anamın ağlına belə bir şey gətirdiyini biləndə dəhşətə gəldim! İki aydan sonra mən hamilə qaldım».
3. «Gəncliyə xas istəklər» (2 Timoteyə 2:22). Bu ifadəyə gənclik illərində baş qaldıran arzuları, həmyaşıdlarının rəğbətini qazanmaq və böyüdüyünü sübut etmək kimi istəkləri aid etmək olar. Bu kimi şeyləri arzulamaq öz-özlüyündə qəbahət deyil, amma hisslərini cilovlamasan, şirnikdirici təsirlərə qarşı durmaq daha da çətinləşəcək. Məsələn, sərbəst olmaq arzusu səni valideynlərinin verdiyi öyüd-nəsihətlərə qarşı çıxmağa vadar edə bilər. 17 yaşı olanda bu hal Stivlə də baş vermişdi. O deyir: «Valideynlərimə qarşı üsyan qaldıraraq onların acığına dedikləri hər şeyi tamamilə əksinə edirdim. Üstəlik, bütün bunlar vəftizimdən dərhal sonra baş verdi».
Necə qarşı durmalı?
Etiraf etmək lazımdır ki, yuxarıda qeyd olunan amillər çox güclü təsirə malikdir. Ancaq sən bu şirnikdirici təsirlərə qarşı dura bilərsən. Necə?
● İlk növbədə, sənin üçün nəyin ən güclü şirnikdirici təsir olduğunu müəyyən et. (Ola bilsin, bunu 65-ci səhifədə artıq qeyd etmisən.)
● Sonra özündən soruş: «Bu şirnikdirici təsirlərə ən çox nə zaman məruz qala bilərəm?» Aşağıdakılardan birinə ✔ işarəsi qoy.
□ Məktəbdə
□ Tək olanda
□ İşdə
□ Digər ․․․․․
Şirnikdirici təsirlərin nə zaman yaranacağını biləndə onlardan qaçmaq sənə asan olacaq. Məsələn, fəslin əvvəlində təsvir olunan vəziyyəti götürək. Kəmalə getdiyi yerdə problemlərin olacağını necə sezə bilərdi?
․․․․․
O, şirnikdirici təsirdən tamamilə necə qaçına bilərdi?
․․․․․
● İndi sən şirnikdirici təsirin nədən ibarət olduğunu və onun nə zaman yarana biləcəyini təyin etdikdən sonra hərəkətə keçməyə hazırsan. Birinci işin təhlükəni minimuma endirmək və ya ondan tamamilə qaçmaqdır. Aşağıda bunu necə edə biləcəyini yaz.
․․․․․
(Nümunələr. Əgər məktəbdən gələndə həmişə sənə siqaret təklif edən məktəb yoldaşlarınla qarşılaşırsansa, bəlkə, başqa yolla gedib-gələsən. İnternetdə olarkən istəmədən ekrana pornoqrafik şəkillər çıxırsa, bu kimi saytların və mənbələrin qarşısını alan proqramlar yüklə. Həmçinin İnternetdə nə isə axtaranda söz seçimində ehtiyatlı ol.)
Əlbəttə, bütün şirnikdirici təsirlərdən qaçınmaq mümkün deyil. Gec-tez sən çox çətin sınaqla üzləşəcəksən, bu, hətta sənin gözləmədiyin bir vaxtda ola bilər. Bəs belə vəziyyətdə sən nə edə bilərsən?
Hazır ol
Şeytan İsa Məsihi imtahana çəkəndə o, dərhal Şeytanın təklifini rədd etdi (Mark 1:13). Nəyə görə? Çünki Şeytan bu sualları qaldırmamışdan əvvəl, İsa artıq öz mövqeyini tutmuşdu və hər zaman Allaha itaət edəcəyinə qəti qərar vermişdi (Yəhya 8:28, 29). O, «mən özümün yox, məni göndərənin iradəsini yerinə yetirmək üçün göydən gəlmişəm» sözlərini deyərkən məhz bunu nəzərdə tuturdu (Yəhya 6:38).
Növbəti səhifədə ən çox qarşılaşdığın şirnikdirici təsirlərə nəyə görə qarşı durmalı olduğunun iki səbəbini, eləcə də bunlardan qaçmağın iki yolunu yaz.
Nəyə görə qarşı durmalısan?
1 ․․․․․
2 ․․․․․
Nə kömək edəcək?
1 ․․․․․
2 ․․․․․
Unutma ki, şirnikdirici təsirlərə təslim olanda sən öz arzularının qulu olursan (Titus 3:3). Axı nəyə görə arzularının səni idarə etməsinə yol verəsən? Çalış, kifayət qədər yetkin ol və arzularını nəzarət altında saxlamağı bacar (Koloslulara 3:5). Buna nail olmaq üçün Allaha dua et (Matta 6:13)a.
ƏLAVƏ MƏLUMATI 2-Cİ CİLDİN 15-Cİ FƏSLİNDƏN OXU
Özünü əzgin və halsız hiss edirsən? Sağlamlığını yaxşılaşdırmaq və yenidən güc əldə etmək üçün nə edə biləcəyini öyrən!
[Haşiyə]
a Həmçinin bu kitabın 33 və 34-cü fəsillərinə bax.
AÇAR AYƏ
“Allah vəfalı Allahdır, O qoymaz ki, siz gücünüz çatmayan sınaqlara məruz qalasınız və sınaq vaxtı dözə biləsiniz deyə, sizə çıxış yolu da göstərəcək” 1 Korinflilərə 10:13
MƏSLƏHƏT
Kimsə səni günaha təhrik edəndə nə deyəcəyini qabaqcadan düşün. Bu kitabın 2-ci cildinin 132, 133-cü səhifələrindəki «Həmyaşıdların təzyiqi ilə üzləşəndə» adlı sxemdən istifadə et.
BİLİRSƏN... ?
Allah qabaqcadan bildirmişdi ki, İsa sadiq qalacaq. Amma bu o demək deyil ki, o, itaətli olmaq üçün robot kimi proqramlaşdırılmışdı. Əksinə, İsaya iradə azadlığı verilmişdi. O, heç bir seçimi olmadığı üçün yox, özü istədiyi üçün sadiq qaldı. Məhz elə buna görə də ağır sınaqlarla üzləşərkən var gücü ilə Allaha dua edirdi (İbranilərə 5:7).
HƏRƏKƏT PLANI!
Şirnikdirici təsirlərə qarşı durmaqda qətiyyətli olmaq üçün mən... ․․․․․
Qaçmalı olduğum insanlar, yerlər və vəziyyətlər: ․․․․․
Bu mövzu ilə bağlı valideynlərimə vermək istədiyim suallar: ․․․․․
NECƏ DÜŞÜNÜRSƏN?
● Kamil varlıqlar imtahana məruz qala bilərmi? (Yaradılış 6:1—3; Yəhya 8:44).
● Şirnikdirici təsirlərə qarşı duran zaman sənin sadiqliyin başqalarına necə təsir edir? (Süleymanın məsəlləri 27:11; 1 Timoteyə 4:12).
[68–ci səhifədəki yazı]
“Kainatda ən güclü Varlığın — Qadir Allahın mənim tərəfimdə olduğunu və hər an Onu köməyə çağıra biləcəyimi bilmək məni ürəkləndirir!” Kamran
[67–ci səhifədəki çərçivə/şəkil]
Sınaqdan keçir!
Bir kompas götür və elə qur ki, əqrəbi şimalı göstərsin. İndi onun yanına maqnit qoy. Nə baş verdi? Əqrəb artıq şimalı göstərmir, maqnitə tərəf əyilib.
Sənin vicdanını da kompasla müqayisə etmək olar. Əgər o, düzgün tərbiyə olunubsa, «şimalı» göstərəcək və sənə müdrik qərarlar verməkdə kömək edəcək. Ancaq pis ünsiyyət maqnit kimi səni əxlaq normalarından kənara çıxmağa təhrik edə bilər. Bundan nə öyrənmək olar? Çalış, əxlaq dəyərlərini pozan insanlardan və vəziyyətlərdən qaç! (Süleymanın məsəlləri 13:20).
[69–cu səhifədəki şəkil]
Şirnikdirici təsirlərə boyun əyəndə sən öz arzularının qulu olursan