NƏĞMƏ 148
Yehova xalqının xilaskarıdır
1. Ey var olan Yehova,
hikmətin əngin,
Bütün kainatı
qüvvənlə xəlq etdin.
Mislin, bərabərin yox Sənin yerdə və göydə.
Xar olacaq düşmən.
NƏQARƏT
Yehova sadiq kəsi heç vaxt atmır,
Qayadır Allah, olacaq xalqı agah.
Cəsarətlə, imanla gərək
biz vəz edək,
Rəbb Yehova — pənah yerimiz,
gəl sığınaq.
2. Ölüm dalğaları bax bürüdü məni,
Kömək ol, Allahım,
eşit harayımı.
Qəlbin fəryadını Sən duydun Rəbbim,
hay verdin,
Mən sığındım Sənə.
NƏQARƏT
Yehova sadiq kəsi heç vaxt atmır,
Qayadır Allah, olacaq xalqı agah.
Cəsarətlə, imanla gərək
biz vəz edək,
Rəbb Yehova — pənah yerimiz,
gəl sığınaq.
3. Şimşək kimi Sən qeyzlə
çaxanda göydən
Gücün əyan olar,
qorxub əsər düşmən.
Kim istəsən olarsan xalqın üçün,
bu mümkün,
Ey xilaskar Allah.
NƏQARƏT
Yehova sadiq kəsi heç vaxt atmır,
Qayadır Allah, olacaq xalqı agah.
Cəsarətlə, imanla gərək
biz vəz edək,
Rəbb Yehova — pənah yerimiz,
gəl sığınaq.
(Həmçinin baxın: Zəb. 18:1, 2; 144:1, 2.)