Gileadın 123-cü buraxılışı
Gileadın məzunları dərin «qazmağa» təşviq olunurlar
KEÇƏN il sentyabrın 8-i, şənbə günü Gözətçi Qülləsinin Müqəddəs Kitab Məktəbi Gileadın 123-cü buraxılışı oldu. Buraxılışda 41 ölkədən 6 352 nəfər iştirak edirdi. Səhər saat 10:00-da proqramın sədri, Rəhbərlik Şurasının üzvü Entoni Moris dinləyiciləri salamladı. Giriş sözlərindən sonra birinci natiqi — Birləşmiş Ştatların filialının Komitəsinin üzvü Qari Bronu təqdim etdi.
Bro qardaş məzunları əmin etdi ki, Yehovanın iradəsini yerinə yetirənlər xarici görünüşlərindən asılı olmayaraq, Onun gözündə ‘gözəldirlər’ (Yer. 13:11, KM). O, məzunları bu gözəlliyi qoruyub saxlamağa təşviq etdi. Sonra, Rəhbərlik Şurasının üzvü Qerit Löş vurğuladı ki, Yehovaya xidmət edəndə Ondan mükafat almağa ümid etməyimiz səhv deyil (İbr. 11:6). Bununla belə bizi Yehovaya xidmət etməyə təşviq edən təmənnasız məhəbbət olmalıdır.
Növbəti natiq, Teokratik Məktəblər Şöbəsinin nəzarətçisi Uilyam Semyuelson məzunları hökmranlıq edən Padşahı elan etmək kimi şərəfli tapşırığa bağlı qalmağa və ləyaqətlərini yaxşı davranışları ilə göstərməyə təşviq etdia. Teokratik Məktəblər Şöbəsinin nəzarətçisinin köməkçisi Sem Roberson məzunlara həmişə başqalarında yaxşı xüsusiyyətlər axtarmağı məsləhət etdi. Məzunlar belə davranmaqla bütün «qardaşlığı» daha yaxşı sevə biləcəklər (1 Pet. 2:17).
Bu təşviqedici məruzələrdən sonra Gilead Məktəbinin müəllimi Mark Numar təlim keçdikləri müddətdə xidmətdə maraqlı hadisələrlə üzləşən bir neçə məzundan müsahibə götürdü. Dinləyicilər onların xidməti sevdiklərinə və başqalarına kömək etmək istədiklərinə tam əmin oldular. Patersonun Bet-El bürosundan Kent Fişer missionerlərin təyinat aldığı üç ölkənin filial komitəsinin üzvlərindən müsahibə götürdü. Bu gözəl qardaşların sözləri, aralarında məzunların bir çoxunun valideynləri olan dinləyiciləri əmin etdi ki, yeni missionerlərə təyinatlarında tam qayğı göstəriləcək. Daha sonra tərcüməçilərə xidmət şöbəsindən İsak Marey uzun müddət xidmət edən missionerlərdən müsahibə götürdü. Onların danışdığı hadisələr məzunlara yaşayacaqları sevinci əvvəlcədən dadmağa kömək etdi.
Proqramın «Hər şeyi eşitdikdən sonra nə edəcəksiniz?» adlanan əsas məruzəsini Rəhbərlik Şurasının üzvü Cefri Cekson təqdim etdi. Sakit okeanın cənubunda 25 ilə yaxın missioner kimi xidmət edən Cekson qardaş məruzəsində İsanın Dağüstü təbliğinin yekun hissəsini müzakirə etdi. İsa burada, ev tikən iki adamdan danışmışdı, onlardan biri ağıllı, digəri isə ağılsız idi. Natiq qeyd etdi ki, hər iki ev, ola bilsin, eyni ərazidə tikilmişdi. Ancaq ağılsız adam evini yerin üst qatında, yəni qumun üzərində tikmişdi, ağıllı adam isə təməl üçün möhkəm daş tapana kimi qazmışdı. Möhkəm qasırğa qopanda daş üzərində tikilən ev qaldı, qum üzərində olan isə uçdu (Mat. 7:24-27; Luka 6:48).
İsa izah etdi ki, onun təlimlərinə qulaq asmaqdan savayı heç nə etməyənlər ağılsız adama, əməl edənlər isə ağıllı adama bənzəyirlər. Cekson qardaş məzunlara dedi: «Müqəddəs Kitabı araşdırarkən öyrəndiklərinizi missioner xidmətinizdə tətbiq edəndə, həmin ağıllı adama bənzəyəcəksiniz». Sonda o, məzunları missioner xidmətində dərin «qazmağa» təşviq etdi.
Axırda, məzunlar diplomlarını və təyinatlarını aldılar, Moris qardaş da məzunlara yekun nəsihətlərini verdi. O, məzunları həmişə İsanın ardınca getməyə və Yehovanın gücünə güvənməyə təşviq etdi. Bununla da buraxılış proqramı sona çatdı.
[Haşiyə]
a Təlim Komitəsinin nəzdində olan Teokratik Məktəblər Şöbəsi Gilead Məktəbinə, Filial Komitələrinin üzvləri üçün Məktəbə və Səyyar nəzarətçilər üçün Məktəbə nəzarət edir.
[31-ci səhifədəki çərçivə]
SİNFİN STATİSTİK MƏLUMATLARI
Təmsil edilən ölkələrin sayı: 10
Təyinat verilən ölkələrin sayı: 24
Tələbələrin sayı: 56
Orta yaş həddi: 33,5
Həqiqətdə olmalarının orta il həddi: 17,9
Tammüddətli xidmətlərinin orta il həddi: 13,8
[32-ci səhifədəki şəkil]
Gözətçi Qülləsinin Müqəddəs Kitab Məktəbi Gileadın 123-cü sinfinin məzunları
Aşağıdakı siyahıda cərgələr qabaqdan arxaya doğru nömrələnib, adlar isə hər cərgədə soldan sağa sadalanıb.
1) Esparza E.; Pepaya S.; Bilal A.; Suarez M.; Evers E.; Dimiçino K. 2) Roza M.; Fucii R.; Reyti O.; Levaten C.; Van Limpüten M. 3) Boskayino A.; Bek K.; Budanova H.; Braz K.; Pelts K.; Siau A. 4) Levaten S.; Santiko H.; Konte S.; Uilson C.; Raylet C.; Pirs Ş.; Fucii K. 5) Roza D.; Boskayino M.; Austin V.; Rodyel P.; Bilal P.; Dimiçino P. 6) Reyti B.; Çizik D.; Klark C.; Riedel A.; Esparza F.; Siau P.; Van Limpüten T. 7) Rodyel H.; Evers C.; Qrin C.; Çizik C.; Santiko M.; Raylet M. 8) Pelts L.; Austin D.; Riedel T.; Bek M.; Pirs U.; Konte S.; Qrin S. 9) Suarez H.; Klark C.; Pepaya S.; Budanov M.; Uilson R.; Braz R.