Şərqi asiyalı qədim İtaliyada
ƏSLİ Şərqi Asiyadan olan bir nəfər 2000 il bundan əvvəl qədim Roma İmperiyasına necə gəlib çıxmışdı? 2009-cu ildə İtaliyanın cənubunda qazıntılar zamanı aşkar edilmiş maraqlı bir tapıntı arxeoloqları bu sualla üz-üzə qoymuşdu.
Qazıntılar Bari şəhərindən 60 kilometr qərbdə yerləşən Vanyari (Vaqnari) yaxınlığındakı qədim Roma qəbiristanlığında aparılmışdı. Burada 75 insan skeleti tapılmışdı. Sümüklər üzərində aparılmış tədqiqatlar nəticəsində bəlli oldu ki, onların çoxları yaxın ərazilərdə doğulmuşlar. Lakin bir kişinin skeleti alimlərin təəccübünə səbəb olmuşdu. Mitoxondrional DNT analizi nəticəsində müəyyən olunmuşdu ki, həmin adamın ana tərəfi Şərqi Asiyadandıra. Skelet qalıqları bizim eranın I—II əsrinə aid olunur. Verilən məlumata əsasən, «ilk dəfədir ki, əsli Şərqi Asiyadan olan bir nəfərin sümükləri qədim Roma İmperiyasının ərazisində tapılır». Bəs bu insanın kimliyi haqqında nə demək olar?
«İlk baxışdan, bu adamı Çin və Roma arasında çiçəklənən ipək ticarəti ilə əlaqələndirmək olar», — deyə həmin məlumatda qeyd olunur. Lakin hesab olunur ki, belə ticarət vasitəçilər və ya ara adamları vasitəsilə həyata keçirilirdi və onlardan heç biri heç vaxt Çindən İtaliyaya qədər olan 8000 kilometrlik məsafəni birbaşa qət etməyib.
Qalıqların tapıldığı yer bizə nə deyir? Vanyari qədimdə imperatorun şəxsi mülkünə aid olan ərazi idi. Burada işçilər dəmirəritmə və gildən kirəmit düzəltmək işi ilə məşğul olurdular. İşçilərin çoxu qul idi və göründüyü kimi, Şərqdən olan bu insan da qul idi. Bu adam varlı insan kimi dəfn olunmamışdı. O, sahib olduğu yeganə əşyası — qazançası ilə birlikdə basdırılmışdı və onun üstünə başqa bir nəfəri də basdırmışdılar.
Bu tapıntıda maraq doğuran nədir? Eramızın I əsrində xoş xəbərin nə dərəcədə geniş yayılması insanların uzaq məsafələrə səyahət etməsindən asılı idi. Müqəddəs Kitabda deyilir ki, Əllinci gün bayramında başqa ölkələrdən Yerusəlimə gələn insanlar sayəsində xoş xəbər uzaq ərazilərə yayılmışdı (Həvarilərin işləri 2:1—12, 37—41). Ən azından bu tapıntı onu göstərir ki, həmin dövrdə insanlar Şərqi Asiyadan Aralıq dənizi ərazilərinə səfər edirdilərb.
[Haşiyələr]
a Mitoxondrional DNT analizi vasitəsilə atanın kimliyini müəyyən etmək mümkün deyil.
b Həmçinin Qərbdən də Şərqi Asiyaya insanların səfər etdiyini deməyə əsas var. «Gözətçi Qülləsi»nin 2009-cu il 1 yanvar sayındakı «Missionerlər şərqə tərəf nə qədər uzaq gedə bilərdilər?» (rus.) məqaləsinə baxın.
[29-cu səhifədəki xəritə]
(Xəritəyə nəşrin özündə baxın)
ROMA
Vanyari (Vaqnari)
Aralıq dənizi
ŞƏRQİ ASİYA
SAKİT OKEAN
[29 səhifədəki şəkil]
Qədim Roma qəbiristanlığında tapılmış Şərqi asiyalı adamın sümükləri
[İcazə ilə]
© Su concessione del Ministero per i Beni e le Attività Culturali-Direzione Regionale per i Beni Culturali e Paesaggistici della Puglia-Soprintendenza per i Beni Archeologici della Puglia