Mündəricat
15 mart 2013
© 2013 Watch Tower Bible and Tract Society of Pennsylvania.
TƏLİM NƏŞRİ
29 APREL 2013 — 5 MAY 2013
Yehovanı sevənlər «heç nə ilə büdrəməzlər»
SƏHİFƏ 3 • MAHNI 45, 32
6—12 MAY 2013
Yehovanı tanıyan ürəyə sahibsənmi?
SƏHİFƏ 8 • MAHNI 31, 23
13—19 MAY 2013
SƏHİFƏ 13 • MAHNI 54, 24
20—26 MAY 2013
SƏHİFƏ 19 • MAHNI 51, 1
27 MAY 2013 — 2 İYUN 2013
Yehovanın uca adını şərəfləndirin
SƏHİFƏ 24 • MAHNI 27, 10
ARAŞDIRILACAQ MƏQALƏLƏR
▪ Yehovanı sevənlər «heç nə ilə büdrəməzlər»
Bütün məsihçilər əbədi həyat mükafatı uğrunda yarışırlar. Ancaq günahlı olduğumuzdan hamımız büdrəyib yıxılırıq. Bu məqalə büdrəməyimizə səbəb ola biləcək beş sahəni müəyyən etməyə kömək edəcək və bu maneələri necə aşa biləcəyimizi izah edəcək.
▪ Yehovanı tanıyan ürəyə sahibsənmi?
«Yeremya» kitabından ürək barədə çox şey öyrənə bilərik. Bu məqalə bizə «sünnətsiz ürəyin» nə demək olduğunu və onun hətta məsihçilər üçün nə dərəcədə təhlükəli olduğunu görməyə kömək edəcək. Eləcə də Allahı tanıyan ürəyə necə sahib ola biləcəyimizi izah edəcək (Yer. 9:26; 24:7).
▪ Allahı tanımaq nə deməkdir?
Allahı tanımaq üçün, eləcə də Onun bizi tanıması üçün hansı beş addımı atmaq tələb olunur? Məsihçi necə və nəyə görə ruhən yetkinləşdikdən sonra da inkişaf etməyə davam edir? Bu məqalədə bu suallara cavab verilir.
▪ Yehova bizim məskənimizdir
Yaşadığımız dünyada insanlar ruhani şeyləri sevmirlər, bununla belə, biz qorxmalı deyilik. Bu məqalə Yehovanın Öz xalqı üçün həmişə ən təhlükəsiz məskən olduğunu göstərir.
▪ Yehovanın uca adını şərəfləndirin
Yehovanın adını daşıyan xalqın üzvü olmaq və bu adla yerimək nə deməkdir? Adına hörmət göstərməyənlərə Allah necə yanaşır? Bu məqalədə bu sualların cavabını tapacağıq.
HƏMÇİNİN BU SAYDA
18 Başqalarına təsəlli verməklə təsəlli tapın
29 Həqiqətənmi, bunu İosif yazıb?
ÜZ QABIĞINDA. Finlandiyanın uzun sahil xətti boyunca çoxlu adalar var. Ölkənin mərkəzində və şərqində minlərlə göl yerləşir. Bəzi təbliğçilər müvəqqəti olaraq tələbat olan ərazilərdə təbliğə getmək üçün qayıqlardan istifadə edirlər.
FİNLANDİYA
ƏHALİSİ
5 375 276
ŞAHİDLƏRİN ƏHALİYƏ NİSBƏTİ
1:283
DAİMİ PİONERLƏR
1824