Elanlar
◼ Avqust ayında paylanacaq ədəbiyyat: «İlahi müjdə» və ya 32 səhifəlik hər hansı broşür: «Xoşbəxtlik gətirən həqiqi iman», «Sən Allahın dostu ola bilərsən!» və ya «Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?». Sentyabr və oktyabr: «Gözətçi qülləsi» və «Oyanın!» jurnalı. Noyabr və dekabr: Müqəddəs Kitab öyrənməsi üçün vəsait və ya «Həyati vacib suallara kim cavab verə bilər?», «Müqəddəs Kitab haqda nə fikirləşirsiniz?», «Gələcək barədə nə fikirləşirsiniz?», «Ailənin xoşbəxtliyi nədən asılıdır?», «Dünya kimin əlindədir?», «Dərd-sər nə vaxtsa bitəcək?» və ya «Ölülərin dirilməsi mümkündürmü?» bukleti.
◼ 2016-cı il martın 28-dən başlanan həftədə İsa Məsihi anma mərasimi ilə əlaqədar xüsusi məruzə söyləniləcək. Məruzənin adı sonra elan olunacaq. Həmin həftə rayon nəzarətçisinin ziyarət etdiyi, yaxud rayon toplantıları keçirilən yığıncaqlarda məruzə növbəti həftə söylənilməlidir. Bu məruzə martın 28-ə qədər heç bir yığıncaqda söylənilməməlidir.