Nümunə üçün təqdimələr
Gözətçi qülləsi Oktyabr—dekabr
«Biz qonşuluqda yaşayan hər kəsə “Gözətçi qülləsi”ndən bu maraqlı nəşri göstəririk. [Jurnalın üz qabığını göstər.] Bəzi insanlar fikirləşir ki, dua etmək sadəcə vaxt itkisidir. Onsuzda heç kim dualara qulaq asmır. Başqaları isə Allahın onların dualarını eşitdiyinə inanır. Bəs siz bu barədə nə fikirləşirsiniz? [Cavabını dinlə.] Baxın görün Müqəddəs Kitabda dua haqda nə deyilir. [Əşiya 30:19 ayəsini oxu.] Bu jurnalda göstərilir ki, Allah Ona məqbul duaları eşitdir və onları cavablandırır».
Oyanın! Oktyabr—dekabr
«Biz qonşularınıza baş çəkirik. Çünki çoxlarını Allahın əzab-əziyyətə nəyə görə yol verdiyi maraqlandırır. Sizcə, Allahdan bu kimi şeyləri soruşmaq düzgündürmü? [Cavabını dinlə.] Müqəddəs Kitabda qədimdə yaşamış Əyyub peyğəmbərin Allaha suallar vermək istəyindən danışılır. [Əyyub 23:3—5 ayələrini oxu.] Bu məqalədə bir çox insanların Allaha vermək istədiyi üç sual nəzərdən keçirilir və Müqəddəs Kitaba əsasən qaneedici cavablar yer alıb».