İnsan niyə ölür?
Müqəddəs Yazıların cavabı
İnsanların bu sualla maraqlanması təbiidir, xüsusilə əzizlərini itirəndə. Müqəddəs Kitab deyir: «Ölüm doğuran neştər günahdır» (1 Korinflilərə 15:56).
Nəyə görə hamı günah işlədir və ölür?
İlk insanlar olan Adəmlə Həvva Allahın sözündən çıxdıqları üçün həyatlarını itirdilər (Yaradılış 3:17—19). Ölüm onların «həyat mənbəyi» olan Allaha qarşı üsyan qaldırmalarının nəticəsi idi (Məzmur 36:9; Yaradılış 2:17).
Adəm qüsur olan bu günahı bütün nəslinə ötürdü. Müqəddəs Kitabda deyilir: «Günah bir adam vasitəsilə, ölüm də günah vasitəsilə dünyaya girdiyi kimi, ölüm bütün adamlara keçdi, çünki hamı günah işləyib» (Romalılara 5:12). İnsan günah işlətdiyi üçün ölür (Romalılara 3:23).
Ölüm necə aradan qaldırılacaq?
Allah vəd edir ki, tezliklə «ölümü əbədi olaraq yox edəcək» (Yeşaya 25:8). Ancaq bunun üçün O, ilk növbədə, onun kökünü, yəni günahı aradan qaldırmalıdır. O, bunu «bəşəriyyətin günahını yuyan» İsa Məsih vasitəsilə edəcək (Yəhya 1:29; 1 Yəhya 1:7).