Dərs 4
İblis kimdir?
Şeytan İblis haradan peyda olmuşdur? (1, 2)
Şeytan insanları hansı üsullarla aldadır? (3-7)
Biz İblisə nəyə görə müqavimət göstərməliyik? (7)
1. “İblis” sözü altında, başqa şəxsiyyət haqqında kinlə yalan danışan şəxs nəzərdə tutulur. “Şeytan” isə “düşmən” və ya “rəqib” mə’nasını daşıyır. Bu adlar, Allahın baş düşməninə məxsusdur. Başlanğıcda o, göydə Allahla birlikdə yaşayan kamil mələk idi. Sonradan isə, özü haqda çox yüksək fikirdə oldu və ədalətli olaraq Allaha məxsus olan ibadətə yiyələnmək istədi (Matta 4:8-10).
2. Bu mələk — Şeytan, ilanın vasitəsilə Həvva ilə danışdı. Yalan danışaraq Həvvanı Allahın sözündən çıxmağa təhrik etdi. Bununla Şeytan, Allahın “hökmranlıq”, yə’ni Haqq-Təala mövqeyinə hücum etdi. Şeytan, Allahın düzgün hökmranlıq etdiyini və tabeliyində olan insanların maraqlarını nəzərə aldığını şübhə altına qoydu. Şeytan, həmçinin insanlardan kimin isə Allaha hədsiz sədaqətli qalacağına da şübhə oyatdı. Bu cür davranmaqla Şeytan özünü Allaha düşmən etdi. Elə buna görə də o, Şeytan İblis adlandı (Təkvin 3:1-5; Eyub 1:8-11; Vəhy 12:9).
3. Şeytan, ona ibadət etsinlər deyə, insanları aldatmağa çalışır (2 Korinflilərə 11:3, 14). İnsanları aldatmaq üsullarından biri — yalan dindən istifadə etməkdir. Əgər bir din Allah haqqında yalanı öyrədirsə, deməli, Şeytanın məqsədinə xidmət edir (Yəhya 8:44). Yalan dinlərin nümayəndələri səmimi qəlbdən düşünə bilərlər ki, həqiqi Allaha ibadət edirlər. Əslində isə Şeytana xidmət edirlər. O, “bu əsrin tanrısı”dır (2 Korinflilərə 4:4).
4. İnsanları öz iradəsinə tabe etdirmək üçün Şeytanın istifadə etdiyi növbəti üsul — spiritizimdir. İnsanlar özlərini qorumaq, başqalarına pislik etmək, gələcəkdən xəbər vermək və mö’cüzələr göstərmək üçün ruhları çağırırlar. Bütün bu əməllərin arxasında, acıqlı qüvvə olan Şeytan durur. Allahı razı salmaq üçün, spiritizmlə heç bir əlaqəmiz olmamalıdır (Təsniyə 18:10-12; Həvarilərin işləri 19:18, 19).
5. Şeytan insanları, onlarda iti surətdə millətçilik iftixarı oyandırmaqla və onları siyasi təşkilatlara pərəstiş etməyə təşviq etməklə də aldadır. Bə’zən insanlar düşünürlər ki, onların milləti və ya irqi başqalarından üstündür. Lakin bu doğru deyil (Həvarilərin işləri 10:34, 35). Həmçinin belə bir fikir də mövcuddur ki, bəşəriyyətin problemlərini siyasi təşkilatlar aradan qaldıracaq. Buna əmin olan insanlar Allahın Padşahlığını inkar edirlər. Bəşəriyyətin problemlərini isə yalnız Allahın Padşahlığı həll edəcəkdir (Daniel 2:44).
6. İnsanları aldatmaq üçün Şeytanın istifadə etdiyi daha bir üsul — onları günahlı arzularla sınağa çəkməkdir. Yehova günaha sövq edən vərdişlərdən yaxa qurtarmağı tapşırır, çünki onların bizə zərər gətirdiyini bilir (Qalatiyalılara 6:7, 8). Günah işlətməyə vərdiş edən insanlardan bə’ziləri, ehtimal ki, sizin də bu cür hərəkətlərdə onlara qoşulmağınızı istəyəcəklər. Lakin unutmayın ki, həqiqətdə bunu sizdən istəyən Şeytandır (1 Korinflilərə 6:9, 10; 15:33).
7. Sizi Yehovadan uzaqlaşdırmaq üçün, Şeytan tə’qib və ya müqavimətlərdən istifadə edə bilər. Müqəddəs Kitabı öyrəndiyiniz üçün sizin yaxınlarınızdan kim isə qəzəblənə bilər. Başqaları isə, olsun ki, sizi lağa qoyacaqlar. Ancaq siz həyatınızla kimə borclusunuz? Şeytan sizi qorxutmaq istəyir ki, Yehova haqqında öyrənməkdən vaz keçəsiniz. Şeytanın qalib gəlməsinə yol verməyin! (Matta 10:34-39; 1 Peter 5:8, 9). İblisə qarşı duraraq Yehovanı sevindirəcək və Onun hökmranlığının tərəfdarı olduğunuzu göstərəcəksiniz (Süleymanın məsəlləri 27:11).
[9-cu səhifədə olan şəkillər]
Yalan din, spiritizm və millətçilik ruhu insanları çaşqınlığa salır.
Yehova haqqında bilik əldə etməklə Şeytana qarşı durun.