DƏRS 48
Dost seçimində hikmətli olun
Yaxın dostlar xoş günlərimizdə sevincimizə sevinc qatır, dar günümüzdə isə bizə dayaq olur. Amma Müqəddəs Kitabda deyilir ki, hər kəsdən yaxşı dost olmaz. Bəs yaxşı dost kimdir? Gəlin növbəti suallara nəzər salaq.
1. Dostlar insana necə təsir edir?
Adətən biz oturub-durduğumuz insanlara bənzəyirik. İstər üzbəüz ünsiyyət edək, istərsə də internet vasitəsilə bu insanlar bizə ya yaxşı, ya da pis təsir edirlər. Müqəddəs Kitabda deyilir ki, «hikmətli ilə oturub-duran hikmətli olar, axmaqlarla [Yehovanı sevməyənlərlə] ayaqlaşan bədbəxt olar» (Məsəllər 13:20). Yehovanı sevən və Ona ibadət edən dostlar sizə Yehova ilə yaxın münasibəti qorumağa və düzgün qərarlar verməyə kömək edəcək. Amma yığıncaqdan kənarda olan dostlar sizi Yehovadan uzaqlaşdıracaq. Elə buna görə də Müqəddəs Kitab bizə dost seçimində hikmətli olmağı məsləhət görür. Yehovanı sevən insanlarla dostluq etməyin həm bizə, həm də onlara faydası var. Bu dostluğun sayəsində biz bir-birimizə təsəlli verib, bir-birimizi möhkəmləndiririk (1 Salonikililərə 5:11).
2. Dost seçiminiz Yehovaya necə təsir edir?
Yehova hər adamı Özünə dost seçmir. Müqəddəs Kitabda deyilir ki, O, «saleh adamla dostluq edər» (Məsəllər 3:32). Yehovanı sevməyən insanla dostluq etsəniz, bu Ona necə təsir edər? Sözsüz ki, O, çox məyus olar. (Yaqub 4:4 ayəsini oxuyun.) Ancaq pis dostlarla əlaqəni kəsib, Yehova ilə və Onu sevən insanlarla yaxın münasibət qursanız, onda Yehova sevinər və sizi Özünə dost seçər (Zəbur 15:1—4).
D Ə R İ N L İ Y Ə V A R I N
Görün nəyə görə dost seçimi vacib məsələdir və həyatınıza məna qatan dostları necə tapa bilərsiniz.
3. Pis dostlardan uzaq durun
Allahı və Onun qayda-qanunlarını sevməyən insanlar pis dostlardır. VİDEOYA baxın və növbəti sualı müzakirə edin:
Necə ola bilər ki, özümüz də bilmədən pis dostların əhatəsinə düşək?
1 Korinflilərə 15:33 ayəsini oxuyun və növbəti sualları müzakirə edin:
Kimləri pis dost adlandırmaq olar? Nəyə görə?
Zəbur 119:63 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:
Necə insanlarla dost olmaq lazımdır?
4. Fərqli olmaq dostluğa maneə deyil
Müqəddəs Kitabda Davudla Yonatan adlı iki şəxsdən danışılır. Yonatan Davuddan yaşca çox böyük idi, üstəlik, padşah oğlu idi. Bununla belə, onlar çox gözəl dost idilər. 1 İşmuil 18:1 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:
Nəyə görə yalnız öz yaşıdlarımızla, yaxud cəmiyyətdə eyni mövqeni tutduğumuz insanlarla dostluq etməməliyik?
Romalılara 1:11, 12 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:
Yehovanı sevən dostlar bir-birini necə ruhlandırır?
Növbəti videoda görün bir gənc qardaş özünə necə dost tapır. VİDEOYA baxın və növbəti sualları müzakirə edin:
Nə üçün Akilin valideynləri onun məktəbdəki uşaqlarla dostluq etməsinə görə narahat olurdu?
Nəyə görə məktəbdəki uşaqlarla dostluq etmək əvvəl-əvvəl Akilin xoşuna gəlirdi?
O, tənhalıqdan necə qurtuldu?
5. Əsl dostluğun təməli
Əsl dostları necə tapmaq olar? Bəs özümüz əsl dost necə ola bilərik? VİDEOYA baxın.
Məsəllər 18:24 və 27:17 ayələrini oxuyun. Sonra növbəti sualları müzakirə edin:
Əsl dostlar bir-birinə necə kömək edir?
Sizin bu cür dostlarınız var? Əgər yoxdursa, bu cür dostunuzun olması üçün nə edə bilərsiniz?
Filippililərə 2:4 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:
Yaxşı dostunuzun olması üçün gərək özünüz də yaxşı dost olasınız. Bəs yaxşı dost necə ola bilərsiniz?
BƏZİ İNSANLAR DEYİR: «Dost seçimində çox tələbkar olsan, dostsuz qalarsan».
Siz nə deyərdiniz?
İCMAL
Dostlarımızı hikmətlə seçəndə həm Yehovanı razı salırıq, həm də özümüz xeyir tapırıq.
Təkrar
Nəyə görə Yehova dost seçimimizə fikir verir?
Necə adamlarla dostluq etməməliyik?
Möhkəm dostluğu necə qura bilərsiniz?
Ə L A V Ə M Ə L U M A T
Görün çətinliklər vaxtı əsl dostlar bizə necə kömək edə bilər.
«Son gəlməzdən qabaq möhkəm dostluqlar qurun» («Gözətçi qülləsi», noyabr 2019)
Yaxşı dost tapmaq üçün nə edə bilərsiniz?
«Yaxşı dostları necə tapmaq olar?» («Gənclərin sualları. Praktiki məsləhətlər», cild 1, fəsil 8)
Sosial şəbəkələrdəki dostluqlar barədə nəyi bilməlisiniz?
«Atamın həsrətini çəkirdim» adlı məqaləni oxuyun və görün bir nəfər nəyə görə əhatə dairəsini dəyişdi.
«Müqəddəs Kitab həyatları dəyişir» («Gözətçi qülləsi», 1 aprel 2012)