Pornoqrafiyaya baxmaq vərdişindən necə azad olum?
Aşağıdakıları edə bilərsən:
Pornoqrafiyanın nə olduğunu başa düş. Pornoqrafiya vasitəsilə Şeytan Allahın təmiz və ləyaqətli hesab etdiyi işi murdarlamaq niyyətini güdür. Bunu anlamaq sənə «şərə nifrət» etməyə kömək edəcək (Zəbur, Məzmur 97:10).
Nəticələri haqda düşün. Pornoqrafiya onun səhnələrində iştirak edən insanların ləyaqətini alçaldır. Ona baxanları pozğun edir. Elə buna görə də Müqəddəs Yazılarda deyilir: «Uzaqgörən qabaqcadan şəri görüb ondan qaçar, cahil isə irəli çıxar, ziyan tapar» (Süleymanın məsəlləri 22:3).
Özünə söz ver. «Gözlərim üçün əhd etmişəm, gözüm bir qıza baxarmı?» — saleh Əyyub deyir (Əyyub 31:1). Bəs sən özünlə hansı «əhdləri» kəsə bilərsən? Bəziləri bunlardır:
Tək olanda İnternetə girməyəcəyəm.
Gözlənilmədən açılan erotik saytları bağlayacağam.
Əgər birdən yenə pornoqrafiyaya baxsam, yetkin bir dostumla bu haqda söhbət edəcəyəm.
Allahdan kömək dilə. «Qoyma gözlərim fani şeylərə baxsın, Öz yolunda mənə həyat bəxş et», — deyə məzmurçu Allaha duada yalvarırdı (Zəbur, Məzmur 119:37). Allahın istəyi budur ki, sən də pis vərdişə qalib gələsən. Əgər Ondan kömək diləsən, bundan yaxa qurtarmaq üçün O, sənə güc-qüvvə verəcək (İncil, Filipililərə 4:13).
Bu haqda kiminləsə danış. Problemini başqası ilə bölüşməklə bu vərdişin öhdəsindən gəlməkdə ilk addımı atmış olacaqsan (Süleymanın məsəlləri 17:17).
Unutma: hər dəfə pornoqrafiyaya baxmaq arzusunun öhdəsindən gələndə böyük qələbə qazanırsan. Qələbəyə və verdiyi gücə görə Yehova Allaha öz minnətdarlığını bildir. Pornoqrafiyadan qaçınmağın Allaha xoş gedir! (Süleymanın məsəlləri 27:11).