-
Sonuncu düşmən olan ölüm məhv ediləcəkGözətçi qülləsi 2014 | 15 sentyabr
-
-
3, 4. a) Yehova Adəmlə Həvvaya hansı əmri vermişdi? b) Bu əmrə tabe olmaq nə dərəcə vacib idi?
3 Adəmlə Həvvanın əbədi yaşamaq imkanı olsa da, onlar ölməz deyildilər. Yaşamaq üçün onlar nəfəs almalı, qidalanmalı və yatmalı idilər. Ən əsası, onların həyatı Yaradanları ilə münasibətlərindən asılı idi (Qanun. t. 8:3). Xoşbəxt həyat sürmək üçün Allahın rəhbərliyini qəbul etməli idilər. Yehova bu barədə hələ Həvvanı yaratmazdan qabaq Adəmə əmr edib demişdi: «Bağdakı bütün ağacların bəhrəsindən istəyəndə yeyə bilərsən. Ancaq xeyirlə şəri bilmə ağacının meyvəsindən yemə, çünki ondan yeyən gün hökmən öləcəksən» (Yar. 2:16, 17).
4 «Xeyirlə şəri bilmə [ağacı]» nəyin xeyir, nəyin şər olduğuna qərar verməyə yalnız Allahın ixtiyarı olduğuna işarə edirdi. Əlbəttə, Allahın surətində və vicdanla yaradıldığı üçün Adəm də xeyirlə şəri ayırd edə bilirdi. Bu ağac Adəmlə Həvvanın daim Yehovanın rəhbərliyinə ehtiyacları olacağına dair bir xatırlatma idi. Bu ağacdan yeməklə onlar, sanki, tam sərbəst olmaq istədiklərini göstərib həm özlərini, həm də gələcək nəsillərini böyük bəlaya sala bilərdilər. Elə bu səbəbdən Allah əmrlə yanaşı, onu pozduqları təqdirdə alacaqları cəzanı da bildirdi.
-
-
Sonuncu düşmən olan ölüm məhv ediləcəkGözətçi qülləsi 2014 | 15 sentyabr
-
-
7 Allah Adəmə demişdi: «Ondan [xeyirlə şəri bilmə ağacından] yeyən gün hökmən öləcəksən». Ola bilsin, Adəm düşünürdü ki, həmin «gün» 24 saatlıq adi gündür. Allahın əmrinə qarşı çıxandan sonra o, yəqin gözləyirdi ki, Yehova gün batana kimi onları cəzalandıracaq. Yehova bu cütlüklə «günün sərinliyində» danışmışdı (Yar. 3:8). Allah bir hakim kimi sözü əvvəlcə Adəmlə Həvvaya verdi (Yar. 3:9—13). Yalnız bundan sonra O, günahkarlara çıxardığı hökmü elan etdi (Yar. 3:14—19). Allah onları elə oradaca məhv etsəydi, onda Onun Adəmlə Həvva və onların nəsli ilə bağlı niyyəti puç olardı (Yeşaya 55:11). Onlar ölüm cəzasını alsalar da, günahın təsiri özünü büruzə verməyə başlasa da, Allah yol verdi ki, bu ər-arvad dünyaya Onun gələcək işlərindən faydalana biləcək övladlar gətirsin. Beləliklə, onlar Allahın gözündə elə günah işlətdikləri gün, əslində isə Allah üçün bir «gün» kimi sayılan 1000 ilin içində öldülər. (2 Pet. 3:8).
-