DƏRS 40
Allahın gözündə təmiz olaq
Təsəvvür edin ki, ana kiçik oğlunu məktəbə yola salır. O, oğlunun təmizliyinə, əyin-başının səliqəsinə diqqət yetirir. Çünki bundan övladının sağlamlığı asılıdır. Həmçinin bu, valideynlərin uşağın qeydinə qaldığını göstərir. Eynilə, səmavi Atamız Yehova bizim fiziki və əxlaqi cəhətdən təmiz olmağımızı istəyir. Təmiz olmaq həm bizim öz xeyrimizədir, həm də Allahın adına şərəf gətirir.
1. Fiziki təmizlik nə deməkdir?
Yehova bizə buyurur: «Müqəddəs olun» (1 Butrus 1:16). Müqəddəs olmaq fiziki və əxlaqi cəhətdən təmiz olmaq deməkdir. Fiziki cəhətdən təmiz olmaq üçün biz vaxtlı-vaxtında çimməliyik, əyin-başımızı, evimizi və sahib olduğumuz nəqliyyat vasitəsini təmiz və səliqəli saxlamalıyıq. Həmçinin ibadət evinin təmizlənməsində iştirak etməliyik. Fiziki cəhətdən təmiz olmaqla biz Yehovanın adını şərəfləndiririk (2 Korinflilərə 6:3, 4).
2. Hansı əməllərdən uzaq durmalıyıq?
Müqəddəs Kitabda məsləhət görülür ki, «cismi və ruhu murdarlayan hər şeydən özümüzü təmizləyək» (2 Korinflilərə 7:1). Buna görə də biz bədənimizə, yaxud ağlımıza zərər yetirən hər şeydən uzaq durmalıyıq. Fikirlərimiz Yehovanı razı salmalıdır, odur ki natəmiz düşüncələri beynimizdən çıxarmaq üçün əlimizdən gələni etməliyik (Zəbur 104:34). Biz həmçinin dilimizi də təmiz saxlamalıyıq. (Koloslulara 3:8 ayəsini oxuyun.)
Başqa nələr bizi fiziki və əxlaqi cəhətdən natəmiz edir? Bəzi maddələr insan orqanizmi üçün zərərlidir. Buna görə də biz tütün çəkmirik, betel qozu, yaxud koka yarpağı çeynəmirik və qeyri-tibbi məqsədlə narkotik vasitələrdən istifadə etmirik. Bunun sayəsində daha sağlam oluruq və həyat ənamına hörmət etdiyimizi göstəririk. Biz həmçinin masturbasiyadana və pornoqrafiyadan uzaq duraraq əxlaqımızı təmiz saxlayırıq (Zəbur 119:37; Efeslilərə 5:5). Əgər bu cür natəmiz əməllər insanda vərdiş halını alıbsa, onları tərgitmək çətin ola bilər, amma Yehovanın köməyilə bu, mümkündür. (Əşiya 41:13 ayəsini oxuyun.)
D Ə R İ N L İ Y Ə V A R I N
Görün fiziki cəhətdən təmiz olmağımız Yehovanı necə şərəfləndirir və natəmiz vərdişləri necə tərgitmək olar.
3. Fiziki təmizlik Yehovanı şərəfləndirir
Yehovanın qədim İsrail xalqına verdiyi qanunları araşdırmaqla Onun təmizliyə olan baxışını öyrənə bilərik. Çıxış 19:10 və 30:17—19 ayələrini oxuyun. Sonra növbəti sualları müzakirə edin:
Bu ayələr Yehovanın fiziki təmizliyə olan baxışı barədə nə deyir?
Fiziki cəhətdən təmiz qalmaq üçün nə etmək olar?
Fiziki təmizlik vaxt və güc tələb edir. Təmiz olmaq harada yaşamağımızdan və maddi vəziyyətimizdən asılı deyil. VİDEOYA baxın və növbəti sualı müzakirə edin:
Əşyalarımızın təmiz və səliqəli olması təbliğ edərkən Yehovanın adına necə şərəf gətirir?
4. Pis vərdişlərə qalib gəlin
Əgər siqaret çəkirsinizsə, yaxud qeyri-tibbi məqsədlə narkotikdən istifadə edirsinizsə, bunu tərgitmək asan olmaya bilər. Bəs sizə nə kömək edə bilər? Həmin vərdişin sizə necə təsir etdiyi barədə düşünün. Mətta 22:37—39 ayələrini oxuyun və müzakirə edin: Tütün çəkmək və ya qeyri-tibbi məqsədlə narkotikdən istifadə etmək həyatınızın növbəti sahələrinə necə təsir edir?
Yehova ilə dostluğunuza
Ailə üzvlərinizə və əhatənizdəki başqa insanlara
Pis vərdişə qalib gəlmək üçün plan qurunb. VİDEOYA baxın.
Filippililərə 4:13 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:
Müntəzəm dua etmək, Müqəddəs Kitabı araşdırmaq və yığıncaq görüşlərində iştirak etmək pis vərdişə qalib gəlməyə necə kömək edə bilər?
5. Natəmiz düşüncələrlə və əməllərlə mübarizə aparın
Koloslulara 3:5 ayəsini oxuyun və növbəti sualları müzakirə edin:
Haradan bilirik ki, pornoqrafiya, sekstinqc və masturbasiya Yehovanın gözündə natəmiz əməllərdir?
Sizcə, Yehovanın tələb etdiyi kimi, əxlaqi cəhətdən təmiz qalmaq mümkündür? Nəyə görə belə düşünürsünüz?
Görün natəmiz düşüncələrlə necə mübarizə aparmaq olar. VİDEOYA baxın.
İsa Məsih nümunə çəkərək göstərdi ki, əxlaqi cəhətdən təmiz olmaq üçün qəti addımlar atmalıyıq. Mətta 5:29, 30 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:
Bu ayələrdə İsa bədənimizə xətər yetirməyi nəzərdə tutmurdu. O demək istəyirdi ki, biz qəti addımlar atmalıyıq. Natəmiz düşüncələrdən yaxa qurtarmaq üçün nə etmək olar?d
Əgər natəmiz düşüncələri beyninizdən silib atmaq üçün əlinizdən gələni edirsinizsə, Yehova bunu qiymətləndirir. Zəbur 103:13, 14 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:
Əgər natəmiz vərdişlə mübarizə aparırsınızsa, bu ayə sizə təslim olmamağa necə güc verir?
Təslim olmayın!
İnsan asanlıqla belə fikirləşə bilər: «Bacarmadım. Mübarizə aparmağın xeyri yoxdur». Amma düşünün: qaçışçı büdrəyib yıxılırsa, bu o demək deyil ki, o, yarışı uduzub, yaxud qaçmağa start xəttindən başlamalıdır. Eynilə, arada zəiflik göstərmək o demək deyil ki, pis vərdişlə mübarizədə məğlub olmusunuz, yaxud indiyədək göstərdiyiniz cəhdlər hədər gedib. Arada zəiflik göstərmək qaçılmazdır. Vərdişdən tam yaxa qurtaranadək belə hallar olacaq. Təslim olmayın! Yehovanın köməyilə pis vərdişə qalib gələ bilərsiniz.
BƏZİ İNSANLAR DEYİR: «Bu məndə asılılıqdır. Tərgidə bilmirəm».
Hansı ayə əsasında göstərə bilərsiniz ki, Yehovanın köməyilə pis vərdişdən yaxa qurtarmaq mümkündür?
İCMAL
Biz bədənimizi, düşüncəmizi və davranışımızı təmiz saxlamaqla Yehovanın razılığını qazanırıq.
Təkrar
Təmiz olmaq nəyə görə vacibdir?
Fiziki cəhətdən təmiz olmaq üçün nə etmək olar?
Düşüncənizi və davranışınızı necə təmiz saxlaya bilərsiniz?
Ə L A V Ə M Ə L U M A T
Hansı sadə üsullarla hətta kasıb insanlar da təmizliyə riayət edə bilər?
Siqareti tərgitmək üçün görün hansı addımları ata bilərsiniz.
Pornoqrafiyanın insana mənfi təsiri haqda öyrənin.
«Pornoqrafiya zərərsiz əyləncədir, yoxsa zərərlidir?» («Gözətçi qülləsi», 1 avqust 2013)
Bir nəfər pornoqrafiya asılılığından necə yaxa qurtardı?
«Dəfələrlə yıxılsam da, ayağa qalxdım» («Gözətçi qülləsi» № 4, 2016)
a Masturbasiya insanın həzz almaq məqsədilə öz cinsiyyət orqanını qıcıqlandırmasıdır.
b Bu vərdişi tərgitmək üçün dərsin «Əlavə məlumat» hissəsində mənbə kimi gətirilən «Siqareti necə tərgitmək olar?» adlı jurnalda məsləhətlər var.
c Sekstinq elektron cihazlar vasitəsilə seksual xarakterli şəkil, mətn və videoların göndərilməsidir.
d «Masturbasiya vərdişinin öhdəsindən necə gələ bilərəm?» («Gənclərin sualları. Praktiki məsləhətlər», cild 1, fəsil 25) adlı məqalədə masturbasiya vərdişindən yaxa qurtarmaq üçün məsləhətlər yer alıb.