Məhəbbətiniz nə qədər genişdir?
“Qonşunu özün kimi sev” (MATTA 22:39).
1. Əgər Yeqovanı seviriksə, onda nəyə görə qonşularımızı da sevməliyik?
İSADAN soruşanda ki, Qanunda olan ən böyük əmr hansıdır, o dedi: “Allahın olan Rəbbi bütün ürəyinlə, bütün canınla və bütün düşüncənlə sev”. Sonra o, birinciyə bənzər olan ikinci əmri sitat gətirdi: “Qonşunu özün kimi sev” (Matta 22:37, 39). Bəli, məsihçi öz qonşusuna olan məhəbbətilə tanınır. Həqiqətən də, əgər biz Yeqovanı seviriksə, qonşularımızı sevmək sadəcə olaraq borcumuzdur. Nəyə görə? Ona görə ki, Allaha məhəbbətimiz Onun Kəlamına tabe olmağımızda əks olunur. Onun Kəlamı isə bizə qonşularımızı sevməyi buyurur. Buna görə də, əgər biz bacı və qardaşlarımızı sevmiriksə, Allaha olan məhəbbətimiz həqiqi ola bilməz (1 Yəhya 2:5; 4:20, 21; Romalılara 13:8).
2. Biz qonşularımızı hansı məhəbbətlə sevməliyik?
2 İsa, qonşularımızı sevməliyik deyəndə adi dostluğu nəzərdə tutmurdu. O, yaxın qohumların və ya kişi ilə qadının bir-birlərinə göstərdiyi məhəbbətdən danışmırdı. İsa, Yeqovanın, Ona həsr olunmuş xidmətçilərinə və ya onların Yeqovaya bəslədikləri məhəbbət haqqında danışırdı (Yəhya 17:26; 1 Yəhya 4:11, 19). İsa diqqət yetirdi ki, qanunşünas yəhudi məntiqlə danışır. O, İsanın dedikləri ilə razı idi ki, Allahı “bütün ürəyinlə, bütün canınla, bütün düşüncənlə və bütün qüvvətinlə” sevmək lazımdır (Mark 12:28—34, İ—93). O, doğru idi. Məsihçinin Allaha və qonşularına münasibətdə inkişaf etdirdiyi məhəbbət, onun hisslərini və düşüncəsini hərəkətə gətirir. Məhəbbət ürəklə duyulur və düşüncəyə tabe olur.
3. a) İsa “qanunşünasa” qonşusunun kim olduğuna daha geniş nəzərlərlə baxmağa necə kömək etdi? b) İsanın əyani nümunəsi bugünkü məsihçilərə necə tətbiq ediləndir?
3 Lukanın yazdığı kimi, İsa deyəndə ki, biz öz qonşularımızı sevməliyik, bir “qanunşünas” soruşdu: “Bəs mənim qonşum kimdir?” Buna cavab olaraq İsa bir məsəl söylədi. Quldurlar bir nəfəri döydülər, paltarını əynindən çıxartdılar və yarımcan halda yol kənarında qoyub getdilər. Onun yanından əvvəlcə kahin, sonra isə levili keçdi. Heç biri yaralıya diqqət yetirmədilər. Həmin yoldan keçən samariyalı yaralı insanı gördü və ona böyük xeyirxahlıq etdi. Bu üç nəfərdən hansı quldurlar əlinə düşən adamın qonşusu oldu? Cavab mə’lum idi (Luka 10:25—37, İ—93). Yəqin ki, qanunşünas, kahin və levilidən fərqli olaraq, samariyalının daha xeyirxah qonşu olduğuna heyrətləndi. Göründüyü kimi, İsa həmin insana kömək etmək istəyirdi ki, onun, qonşusuna olan məhəbbəti daha geniş olsun. Məsihçilər öz qonşularını məhz belə sevirlər. Gəlin görək onların məhəbbəti kimləri əhatə edir.
Ailədə məhəbbət
4. Məsihçi, məhəbbəti ilk növbədə harada əks etdirir?
4 Məsihçilər öz ailə üzvlərini sevirlər: qadınlar ərlərini, ərlər arvadlarını, valideynlər isə uşaqlarını (Vaiz 9:9; Efeslilərə 5:33; Titusa 2:4). Bu doğrudur ki, ailələrin çoxunu səmimi hisslər birləşdirir. Lakin boşanmaların, həyat yoldaşı ilə qəddarcasına münasibətlərin, təhqirlərə dözən və qayğılardan məhrum olan uşaqların sayına gəlincə demək olar ki, bu gün ailələr ağır vaxtları yaşayır və ailənin bütövlüyünü qorumaq üçün yalnız təbii qohumluq hissləri kifayət etmir (2 Timoteyə 3:1—3). Ailə həyatı həqiqi mə’nada xoşbəxt olsun deyə, məsihçilər Yeqovaya və İsaya xas olan məhəbbəti əks etdirməlidirlər (Efeslilərə 5:21—27).
5. Uşaqların tərbiyəsində valideynlər köməyi kimdə axtarırlar və bir çoxları üçün bunun nəticəsi nə oldu?
5 Məsihçi valideynlər uşaqlarına Yeqovadan olan miras kimi yanaşırlar və onların tərbiyəsində Onun köməyini axtarırlar (Məzmur 127:3—5; Süleymanın məsəlləri 22:6). Beləliklə, onlar uşaqlarını, gəncləri özünə tabe etdirməyə qadir olan zərərli tə’sirlərdən qorumağa kömək edən məsihçi məhəbbətini inkişaf etdirirlər. Bunun sayəsində bir çox məsihçi valideynlər, Niderlanddan olan bir ananın sevincini özlərində hiss etmişlər. Onun oğlu, keçən il Niderlandda vəftiz olunan 575 nəfərdən biri idi. Bu sevincli hadisədən sonra ana yazırdı: “Mən, 20 illik zəhmətimin bəhrəsini gördüm. Sərf etdiyim bütün vaxt və qüvvə, həmçinin ağrılar, sə’ylər və kədərlər artıq yaddan çıxdı”. Bu qadın necə də böyük sevinc hissi keçirir: axı onun oğlu könüllü surətdə Yeqovaya xidmət etməyə qərar verib. Keçən il Niderlandda təbliğçilərin ən yüksək sayı 31 089 olmuşdur. Onların çoxunda Yeqovaya məhəbbəti, valideynləri inkişaf etdirmişlər.
6. Məsihçi məhəbbəti ailə bağının möhkəmlənməsinə necə kömək edə bilər?
6 Pavel məhəbbəti “kamil birliyin bağı” adlandırdı və nikahla bir-birinə bağlanan insanlar bu məhəbbətin sayəsində həyəcanlı vaxtların öhdəsindən gələ bilərlər (1 Peter 3:1—7; Koloslulara 3:14, 18, 19). Taitidən 700 km aralıda yerləşən Rurutu adasının bir sakini, Yeqovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başlayanda, arvadı buna çox ciddi müqavimət göstərdi. Bu onunla nəticələndi ki, qadın onu atıb uşaqlarla birlikdə Taitiyə getdi. Lakin ər məhəbbət göstərirdi: o, müntəzəm olaraq arvadına pul göndərir, zəng edərək onun və uşaqların ehtiyacları barədə soruşurdu. Beləliklə o, bacardığı qədər öz məsihçi vəzifəsini yerinə yetirirdi (1 Timoteyə 5:8). O, daima ailəsinə qovuşmaq üçün dua edirdi və nəhayət arvadı qayıtdı. O, həyat yoldaşı ilə “məhəbbət, təhəmmül, həlimlik”lə davranırdı (1 Timoteyə 6:11). O, 1998-ci ildə vəftiz olundu, bir qədər sonra isə, arvadı onun hədsiz sevincinə səbəb olan addımı atdı - Müqəddəs Kitabı öyrənməyə razı oldu. Taiti filialının nəzarəti altında olan ərazidə ötən il 1 351 öyrənmə keçirilmişdir.
7. Almaniyadan olan bir adamın sözlərinə görə, onun nikahını nə möhkəmləndirdi?
7 Almaniyada bir kişi Müqəddəs Kitab həqiqətinə maraq göstərən arvadına maneçilik törədirdi; o əmin idi ki, Yeqovanın Şahidləri onun arvadını aldatmaq istəyirlər. Lakin sonradan, onun arvadına həqiqət barədə ilk dəfə danışan Şahidə yazırdı: “Həyat yoldaşımı Yeqovanın Şahidləri ilə tanış etdiyiniz üçün çox sağ olun. Əvvəllər mən narahat olurdum, çünki onlar haqqında çoxlu xoşagəlməz mə’lumatlar eşidirdim. Ancaq həyat yoldaşımla yığıncağa getdikdən sonra anladım ki, mən çox yanılırmışam. Mən bilirəm ki, orada həqiqəti eşidirəm və bu bizim nikahımızı xeyli möhkəmləndirdi”. Almaniyada olan 162 932 və Taiti filialının nəzarəti altında olan adalarda Yeqovanın 1 773 Şahidi arasında Allaha məqbul məhəbbətlə bağlanmış çoxlu ailələr var.
Məsihçi qardaşlarımıza məhəbbət
8, 9. a) Qardaşları sevməyə bizi kim öyrədir və məhəbbət bizi nəyə təşviq edir? b) Məhəbbət, bir-birinə yardım etməkdə qardaşlara necə kömək edir? Nümunə gətirin.
8 Pavel Salonikdəki məsihçilərə dedi: “Allah sizə bir-birinizi sevməyi öyrətmişdir” (1 Saloniklilərə 4:9). Bəli, “RƏB tərəfindən öyrədilənlər” bir-birlərini sevirlər (İşaya 54:13). Pavelin sözlərindən göründüyü kimi, onların məhəbbəti əməllərlə izhar olunur: “Bir-birinizə məhəbbətlə qulluq edin” (Qalatiyalılara 5:13; 1 Yəhya 3:18). Onlar, məsələn, xəstə bacı-qardaşlarına baş çəkərkən, kədərli olanları ruhlandırarkən və zəiflərə əl tutarkən bu sözlərə riayət edirlər (1 Saloniklilərə 5:14). Bizim əsl məsihçi məhəbbətimiz ruhani cənnətin genişlənməsinə kömək edir.
9 Ekvadordakı 544 yığıncaqdan birində - Ankon yığıncağında - qardaşlar məhəbbəti əməldə göstərmişlər. Maddi böhran nəticəsində iş yerindən və yaşamaq üçün vəsaitdən məhrum olaraq, təbliğçilər yerli balıqçılara, onlar gecə ovundan qayıdarkən, yemək satmaqla çörək pulu qazanmağı qərara aldılar. Bu məşğuliyyətə bütün Şahidlər, o cümlədən uşaqlar da qoşuldular. Balıqçıların ovdan qayıdan vaxtına - səhər saat dördə yemək hazırlamaq üçün, işə gecə saat birdə başlamaq lazım gəlirdi. Əldə edilən pullar qardaşlar arasında, onların ehtiyaclarına görə bölünürdü. Belə qarşılıqlı köməklik əsl məsihçi məhəbbətinə şəhadətdir.
10, 11. Şəxsən tanımadığımız qardaşlara necə məhəbbət göstərə bilərik?
10 Lakin biz, yalnız tanıdığımız məsihçiləri sevmirik. Həvari Peter dedi: “Qardaşlığı sevin” (1 Peter 2:17). Biz bütün bacı və qardaşlarımızı sevirik, çünki onlar bizimlə birlikdə Yeqova Allaha ibadət edirlər. Buna bənzər məhəbbəti əks etdirmək imkanı çətin anlarda yaranır. Misal üçün, 2000-ci xidmət ilində Mozambik bir neçə daşqından zərər çəkmişdir, Anqolada isə vətəndaş müharibəsi bir çoxlarını əmlakdan məhrum etmişdir. Bu hadisələr Mozambikdəki 31 725, Anqoladakı isə 41 222 qardaşa öz tə’sirini göstərmişdir. O zaman qonşu CAR-dakı Şahidlər həmin ölkələrdəki qardaşların ağır vəziyyətlərini yüngülləşdirmək üçün, onlara vacib olan şeyləri göndərdilər. Ehtiyacı olan qardaşların rifahı üçün “bolluqla” ianə etmək hazırlığı CAR-dan olan Şahidlərin məhəbbətini göstərir (2 Korinflilərə 8:8, 13—15, 24).
11 Bir çox ölkələrdən olan qardaşlar, inkişaf səviyyəsi zəif olan ölkələrdə Padşahlıq və konqress Zallarının tikilməsi üçün tikinti materialları ianə edərkən də məhəbbət əks etdirirlər. Nümunə üçün Solomon adalarını göstərmək olar. Nizamsızlığa baxmayaraq, keçən il Solomon adalarındakı təbliğçilərin sayı 6 faiz artmışdır və onların ümumi sayı 1 697 olmuşdur. Onlar konqress Zalı tikməyi planlaşdırırdılar. Adanın bir çox sakinlərinin ölkədən qaçmasına baxmayaraq, Avstraliyadan, tikintiyə kömək etmək üçün könüllülər gəldilər. Bir müddətdən sonra onlar da getmək məcburiyyətində qaldılar, amma onlar getməzdən əvvəl yerli qardaşları öyrətməyə imkan tapdılar və yerli qardaşlar təməli qoya bildilər. Avstraliyadan zalın polad karkası gətirildi və ölkədə bir çox tikinti obyektləri başsız qaldığı halda, ibadət üçün tikilən bu binanın inşası Yeqovanın adına izzət gətirəcək və qardaşlıq məhəbbətinə şəhadət edəcək.
Allah kimi, biz də dünyanı sevirik
12. İmanımıza şərik olmayan insanlara münasibətimizdə biz Yeqovanı necə təqlid edirik?
12 Biz yalnız məsihçi qardaşlığını və yaxınlarımızımı sevirik? Əgər “Allahı təqlid” ediriksə, deməli yox. İsa dedi: “Allah dünyanı elə sevdi ki, vahid Oğlunu ona verdi; bunu ona görə etdi ki, Ona iman edənlərin heç biri həlak olmasın, hamısının əbədi həyatı olsun” (Efeslilərə 5:1; Yəhya 3:16). Yeqova Allah kimi, biz də hamı ilə, həmçinin imanımıza şərik olmayan insanlarla belə məhəbbət ruhunda davranırıq (Luka 6:35, 36; Qalatiyalılara 6:10). Bu halda da məhəbbətimiz, Padşahlıq haqqında xoş xəbəri təbliğ etməyimizdə və başqalarına, Allahın onlara göstərdiyi böyük məhəbbəti barəsində danışmağımızda görünür. Bunun sayəsində, qulaq asan hər bir kəs xilas ola bilər (Mark 13:10; 1 Timoteyə 4:16).
13, 14. Böyük çətinliklərə baxmayaraq, qardaşların Şahid olmayan kəslərə məhəbbət göstərdikləri bir neçə hadisə söyləyin.
13 Nepaldan olan dörd xüsusi pionerin nümunəsinə baxaq. Onlar tə’yinatlarını ölkənin cənub-qərbindəki şəhərə almışdılar və son beş il ərzində bu şəhərdə və ucqar kəndlərdə səbirlə təbliğ edirdilər. Onların məhəbbəti bunda əks olunurdu. Ərazilərdəki insanlara təbliğ etmək üçün, tez-tez 40 dərəcə istidə velosipedlə bir neçə saatlıq səfərlər etmək lazım gəlirdi. Onların məhəbbəti və “yaxşı işdə” müntəzəm olmaları gözəl səmərələr verdi: kəndlərdən birində kitaböyrənmə qrupu yarandı (Romalılara 2:7, İ—93). 2000-ci ilin mart ayında, rayon nəzarətçisinin söylədiyi açıq mə’ruzəni dinləmək üçün 32 adam yığılmışdı. Keçən il Nepaldakı təbliğçilərin yüksək sayı 430 nəfər olmuşdur, bu isə artımın 9 faizini təşkil edir. Yeqova, bu ölkədəki qardaşların sə’ylərini və məhəbbətlərini, şübhəsiz ki, xeyir-dualandırır.
14 Kolumbiyada müvəqqəti olan xüsusi pionerlər, Vayu qəbiləsinin hindilərinə təbliğ etmək üçün yollandılar. Bunun üçün qardaşlar yeni dil öyrənməli oldular, lakin onların bu insanlara məhəbbətlə maraq göstərmələri mükafatlandırıldı: güclü yağış yağmasına baxmayaraq, açıq mə’ruzəyə qulaq asmaq üçün 27 adam toplaşmışdı. Bu pionerlərin məhəbbətlə diktə olunan sə’yləri, Kolumbiyadakı 5 faiz artıma və təbliğçilərin sayının 107 613 nəfərə çatmasına səbəb oldu. Daniyada yaşlı bir bacı, əlil olmasına baxmayaraq, xoş xəbəri başqaları ilə bölüşmək istəyirdi. Əlil olması ona mane olmadı: o, maraqlanan insanlarla məktublaşmağa başladı. Hal hazırda o, 42 adamla məktublaşır və 11 Müqəddəs Kitab öyrənməsi keçirir. Ötən il Daniyada hesabat verən təbliğçilərin yüksək sayı 14 885 olmuşdur.
Düşmənlərinizi sevin
15, 16. a) İsanın sözlərinə görə, məhəbbətimiz nə qədər geniş olmalıdır? b) Yeqovanın Şahidlərini yalandan ittiham edən insanla, məs’uliyyətli qardaşlar necə məhəbbət ruhunda davrandılar?
15 İsa qanunşünasa dedi ki, samariyalı onun qonşusu ola bilər. Lakin Dağüstü təbliğində İsa bir az da dərinə getdi: ““Öz qonşunu sev və öz düşməninə nifrət et” - deyildiyini eşitmisiniz. Mən isə sizə deyirəm: Düşmənlərizi sevin, sizə lə’nət oxuyanlara xeyir-dua verin, sizə nifrət edənlərə yaxşılıq edin, sizə əziyyət verib, tə’qib edənlər üçün dua edin ki, siz, göylərdə olan Atanızın oğulları olasınız” (Matta 5:43—45). Hətta bizə qarşı dursalar da, biz “pisliyə yaxşılıq ilə qalib” gəlməyə çalışırıq (Romalılara 12:19—21). İmkan daxilində, bizdə olan ən qiymətli şeylə, həqiqətlə bölüşməyə çalışırıq.
16 Ukraynanın “Vestnik Kremençuqa” qəzetində Yeqovanın Şahidlərinin təhlükəli təriqət olması barədə fikir irəli sürülürdü. Bu ciddi ittihamdır: Avropada bə’ziləri, Yeqovanın Şahidlərinə belə ad verərək, insanları inandırmağa çalışırlar ki, bizim fəaliyyətimizə məhdudiyyətlər qoymaq və ya onu qadağan etmək lazımdır. Qardaşlar qəzetin redaktoru ilə görüşüb, düzəlişlərlə rəsmi bəyanat dərc etməyi xahiş etdilər. O razılaşdı, amma xüsusi bülletenlə bərabər birinci məqalənin faktlara əsaslandığını çap etdi. O zaman məs’uliyyətli qardaşlar ona bir də yaxınlaşdılar və daha artıq mə’lumat təqdim etdilər. Nəticədə redaktor həmin məqalənin səhv olduğunu başa düşdü və onun yalan olduğunu sübut edən məqalə dərc etdi. Qardaşlar səmimi və xoş davranırdılar, bu da onlara problemi məhəbbət ruhunda həll etməyə və yaxşı nəticələrə nail olmağa kömək etdi.
Məhəbbəti necə inkişaf etdirə bilərik?
17. Nədən görünür ki, başqaları ilə məhəbbətlə davranmaq həmişə asan olmur?
17 Uşaq dünyaya göz açan kimi valideynləri həmən an onu sevməyə başlayırlar. Lakin böyüklərlə məhəbbətlə davranmaq, hər dəfə öz-özünə alınmır. Yəqin ki, Müqəddəs Kitab məhz buna görə, bir-birimizi sevməyi bizə dönə-dönə tapşırır. Bunun üzərində işləmək lazımdır (1 Peter 1:22; 4:8; 1 Yəhya 3:11). İsa bilirdi ki, məhəbbətimizin gücü sınağa çəkiləcək. O deyirdi ki, biz qardaşımızı “yetmiş kərə yeddi dəfə” bağışlamalıyıq (Matta 18:21, 22). Pavel də bizi, bir-birimizə “təhəmmül” etməyə təşviq edirdi (Koloslulara 3:12, 13). Təəccüblü deyil ki, Müqəddəs Kitab bizi “məhəbbətə can” atmağa təşviq edir (1 Korinflilərə 14:1). Bunu necə edə bilərik?
18. Başqalarına məhəbbət inkişaf etdirməkdə bizə nə kömək edər?
18 Birincisi, biz, Yeqova Allahı sevdiyimzi həmişə xatırlamalıyıq. Bu məhəbbət isə, qonşularımızı sevmək üçün güclü amildir. Nəyə görə? Ona görə ki, bizim belə davranışımız səmavi Atamıza izzət və həmd gətirir (Yəhya 15:8—10; Filipililərə 1:9—11). İkincisi, hər şeyə Yeqovanın gözü ilə baxmağa cəhd göstərmək olar. Biz hər dəfə günah işlədərkən, Yeqovaya qarşı günah işlədirik, amma O, bizi dəfələrlə bağışlayır və sevməyə davam edir (Məzmur 86:5; 103:2, 3; 1 Yəhya 1:9; 4:18). Əgər biz də Yeqovanın nöqteyi-nəzərini inkişaf etdirsək, başqalarını sevməyə və bizə toxunan hərəkətləri bağışlamağa meylli olacağıq (Matta 6:12). Üçüncüsü, bizimlə necə davranmalarını istəyiriksə, başqaları ilə də elə davranmaq olar (Matta 7:12). Biz qeyri-kamilik, buna görə də günahlarımızın bağışlanmasına tez-tez ehtiyac duyuruq. Məsələn, sözlərimiz başqasının xətrinə dəyəndə ümid edirik ki, onlar hamının sözdə səhv etdiyini anlayırlar (Yaqub 3:2). Əgər başqalarının bizimlə məhəbbət ruhunda davranmasını istəyiriksə, biz özümüz onlarla məhəbbətlə davranmalıyıq.
19. Məhəbbəti inkişaf etdirmək üçün vacib olan müqəddəs ruhun köməyini necə axtarmaq olar?
19 Dördüncüsü, məhəbbət ruhun səmərəsinin əsas hissəsi olduğu üçün, biz müqəddəs ruhun köməyini axtara bilərik (Qalatiyalılara 5:22, 23). Dostluq və səmimi hisslər, həmçinin romantik məhəbbət çox vaxt təbii olaraq yaranır. Lakin Yeqovaya xas məhəbbəti, yə’ni kamil birliyin bağı olan məhəbbəti inkişaf etdirmək üçün Yeqovanın ruhunun köməyinə ehtiyac duyuruq. Müqəddəs ruhun köməyini, Allahdan ilham almış Müqəddəs Kitabı oxumaqla axtarmaq olar. İsanın həyatını bu cür öyrənməklə, onun insanlarla necə davrandığını görə bilərik və bu, onu təqlid etməkdə bizə kömək edər (Yəhya 13:34, 35; 15:12). Bundan əlavə, müqəddəs ruh barədə, xüsusən də məhəbbətlə davranmaq bizə çətin olduqda, Yeqovanın özündən xahiş etmək olar (Luka 11:13). Və nəhayət, məhəbbət prinsipinə riayət etmək üçün köməyi, məsihçi yığıncağına müntəzəm gedərək əldə etmək olar. Sevən bacı-qardaşlar arasında olmaq bizə məhəbbəti inkişaf etdirməyə kömək edir (Süleymanın məsəlləri 13:20).
20, 21. Yeqovanın Şahidləri 2000-ci xidmət ili ərzində öz məhəbbətlərini tə’kidlə necə sübut etdilər?
20 Keçən il bütün dünyada xoş xəbərin təbliğçilərinin ümumi sayı 6 035 564 nəfərə çatmışdır. Ümumi hesabla, Yeqovanın Şahidləri insanlara xoş xəbəri danışmaq üçün 1 171 270 425 saat vaxt sərf etmişlər. Bürküyə, şaxtaya, leysana baxmayaraq, təbliğ etməkdə bu insanlara məhəbbət kömək etmişdir. Məhəbbət onları sinif və iş yoldaşları ilə danışmağa, küçədə və başqa yerlərdə tanımadığı insanlara yaxınlaşmağa təşviq etmişdir. Şahidlərin baş çəkdikləri insanlardan çoxu e’tinasızlıq, bə’ziləri isə müqavimət göstərmişlər. Lakin maraqlananlar da olmuşdur. Buna görə Yeqovanın Şahidləri 433 454 049 nəfərə təkrarən baş çəkmiş və 4 766 631 Müqəddəs Kitab öyrənməsi keçirmişləra.
21 Bütün bunlar, Yeqovanın Şahidlərinin Allahı və qonşularını sevdiklərini, doğrudan da inandırıcı tərzdə sübut edir! Bu məhəbbət heç zaman soyumayacaq. Biz inanırıq ki, 2001-ci xidmət ili ərzində dünyaya daha böyük şəhadətlik veriləcəkdir. Qoy Yeqova, etdikləri hər işin “məhəbbətlə” olmasına sə’y göstərən sadiq və çalışqan ibadətçilərini bundan sonra da xeyir-dualandırsın (1 Korinflilərə 16:14).
[Haşiyə]
a 2000-ci xidmət ili üçün olan tam hesabat 28—31-ci səhifələrdə göstərilir.
Siz izah edə bilərsinizmi?i
• Qonşularımızı sevərək biz kimi təqlid edirik?
• Məhəbbətimiz nə qədər geniş olmalıdır?
• Məsihçi məhəbbəti əks olunan bə’zi hadisələri nümunə gətirin.
• Məsihçi məhəbbətini necə inkişaf etdirə bilərik?
[18-21-ci səhifələrdəki hesabata baxın]
2000 YEHOVANIN ŞAHİDLƏRİNİN XİDMƏT İLİ ÜÇÜN ÜMUMDÜNYA HESABATI
[25-ci səhifədəki şəkillər]
Məsihçi məhəbbəti ailənin bütövlüyünə kömək edir.
[32-ci səhifədəki şəkillər]
Məhəbbət, ümidimizi başqaları ilə bölüşməyə bizi təşviq edir.