1. Zəlzələlər
«Güclü zəlzələlər olacaq» (LUKA 21:11).
● Haitidə baş vermiş zəlzələnin nəticələri haqda süjet hazırlayan çəkiliş heyəti zəif inilti səsi eşidir. Bu, 16 aylıq Vinninin səsi idi. Balaca qızcığazı dağıntıların altından çıxardırlar. O, sağ qalır, valideynləri isə yox.
FAKTLAR NƏYİ GÖSTƏRİR? 2010-cu ilin yanvarında Haitidə 7 bal gücündə baş vermiş zəlzələdə 300 000-dən çox insan həyatını itirdi. Üstəlik, 1,3 milyon insan evsiz-eşiksiz qaldı. Ancaq bu dəhşətli zəlzələ yeganə hal deyildi. 2009-cu ilin aprel ayından 2010-cu ilin aprel ayına qədər bütün dünyada ən azı 18 güclü zəlzələ qeydə alınıb.
ETİRAZLAR. Demək olmaz ki, zəlzələlərin sayı artıb, sadəcə olaraq keçmişə baxanda bu gün müasir texnologiyanın sayəsində onlar haqda bizim daha çox xəbərimiz olur.
BU ETİRAZLAR ƏSASLIDIRMI? Bir fakta nəzər salaq: Müqəddəs Kitabda axır günlərdə baş verəcək zəlzələlərin sayı qeyd olunmayıb. Ancaq «bir çox yerlərdə» «güclü zəlzələlər»in olacağı deyilir; həmçinin orada göstərilir ki, bunlar tarixin ən vacib dövrünün səciyyəvi əlaməti olacaq (Mark 13:8; Luka 21:11).
SİZ NECƏ DÜŞÜNÜRSÜNÜZ? Müqəddəs Kitabda qabaqcadan deyildiyi kimi, güclü zəlzələlər baş verirmi?
Zəlzələlər axır günlərdə yaşadığımıza dəlalət edən yeganə səbəb deyil. Bu, yerinə yetən peyğəmbərliklərdən sadəcə biridir. Gəlin növbəti peyğəmbərliyi nəzərdən keçirək.
[4–cü səhifədəki yazı]
«Biz [geofiziklər] onları güclü, başqaları isə dəhşətli zəlzələlər adlandırır» (KEN HADNAT, ABŞ-IN GEOLOJİ XİDMƏTİ).
[4–cü səhifədəki şəkil. İcazə ilə]
© William Daniels/Panos Pictures