DƏRS 29
Ölümlə bağlı həqiqət
Ola bilsin, nə vaxtsa doğma adamınız vəfat edib. Yəqin belə kədərli vaxtda sizi növbəti suallar düşündürüb: «Görəsən, insan öləndə hara gedir? Vəfat etmiş doğmalarımızı daha heç vaxt görməyəcəyik?» Bu və növbəti dərsdə Müqəddəs Kitabın bu suallara verdiyi cavabdan təsəlli tapacağıq.
1. Müqəddəs Kitabda ölümlə bağlı nə deyilir?
İsa Məsih ölümü dərin yuxuya bənzətmişdi. Bəs ölüm hansı mənada yuxuya bənzəyir? Dərin yuxuya getmiş insanın ətrafda baş verənlərdən xəbəri olmur. Eynilə, öləndən sonra insan heç bir ağrı hiss etmir, əzab çəkmir. Müqəddəs Kitabda deyilir: «Ölülər heç nə bilmir». (Vaiz 9:5 ayəsini oxuyun.)
2. Ölüm haqda həqiqəti bilmək insana necə kömək edir?
İnsanların çoxu ölümdən və ölülərdən qorxur. Amma Müqəddəs Kitabdan ölüm haqda həqiqəti öyrənmək sizə təsəlli verə bilər. İsa Məsih demişdi: «Həqiqət sizi azad edəcək» (Yəhya 8:32). Bəzi dinlər öyrədir ki, insan öləndən sonra ruhu yaşayır. Amma bu təlim Müqəddəs Kitaba əsaslanmır. İnsan öləndən sonra əzab çəkmir. Ölünün heç nədən xəbəri olmadığına görə bizə zərər də yetirə bilməz. Buna görə də ölülərin ruhunu şad etməyə çalışmaq, onlara ibadət etmək, yaxud dua oxumaq əbəsdir.
Bəzi insanlar deyir ki, ölülərlə danışa bilir. Amma bu, mümkün deyil. Öyrəndiyimiz kimi, «ölülər heç nə bilmir». Vəfat etmiş doğmaları ilə danışdığını düşünən insanlar, əslində, cinlərlə danışırlar. Cinlər özlərini həmin ölülərin ruhu kimi qələmə verir. Yehova xəbərdarlıq edir ki, ölülərlə danışmağa çalışmaq çox təhlükəlidir. Çünki cinlərlə təmasda olmağın insana zərər yetirdiyini bilir. Deməli, ölüm haqda həqiqəti bilmək bizi cinlərdən qoruyur. (Qanunun təkrarı 18:10—12 ayələrini oxuyun.)
D Ə R İ N L İ Y Ə V A R I N
Müqəddəs Kitabda ölümlə bağlı daha nələrin yazıldığını öyrənin. Həmçinin görün nəyə görə əmin ola bilərsiniz ki, Allah ölülərə işgəncə vermir.
3. Ölülərin vəziyyəti ilə bağlı həqiqəti öyrənin
Dünyada ölümlə bağlı fərqli-fərqli inanclar mövcuddur. Sözsüz ki, bu inancların hamısı həqiqət ola bilməz.
Sizin ərazinizdə ölülərlə bağlı nəyə inanırlar?
Müqəddəs Kitabda bu barədə nə deyildiyini öyrənmək üçün VİDEOYA baxın.
Vaiz 3:20 ayəsini oxuyun və növbəti sualları müzakirə edin:
Bu ayəyə əsasən, insan öləndən sonra nə baş verir?
İnsan öləndən sonra ruhu yaşayır?
Müqəddəs Kitabda İsanın dostu İlazərin ölümü haqda yazılıb. Yəhya 11:11—14 ayələrini oxuyun və görün İsa İlazərin vəziyyəti barədə nə demişdi. Sonra növbəti sualları müzakirə edin:
İsa Məsih ölümü nəyə bənzətmişdi?
Bundan ölülərin vəziyyəti ilə bağlı nə öyrənirik?
Müqəddəs Kitabda ölüm haqda deyilənlər sizə məntiqli gəlir?
4. Ölüm haqda həqiqəti bilməyin faydası
Ölüm haqda həqiqəti biləndə artıq ölülərdən qorxmuruq. Vaiz 9:10 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:
Ölülər bizə xətər yetirə bilər?
Müqəddəs Kitabdakı həqiqəti biləndə artıq ölülərin ruhunu şad etməyə çalışmayacağıq, yaxud onlara ibadət etməyəcəyik. Əşiya 8:19 və Vəhy 4:11 ayələrini oxuyun. Sonra növbəti sualı müzakirə edin:
Sizcə, Yehova ölülərə sitayiş edən, onlardan kömək istəyən adam barədə nə düşünür?
5. Ölüm haqda həqiqəti bilmək təsəlli verir
Çoxları düşünür ki, insan öləndən sonra əməllərinin cəzasını çəkir. Amma Allah heç kəsi, hətta ən pis əməl sahibini belə öləndən sonra cəzalandırmır. Bunu bilmək, insana təsəlli verir. Romalılara 6:7 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:
Ölüm insanı günahdan azad edir. Necə düşünürsünüz, öləndən sonra insan keçmiş günahlarına görə cəza çəkir?
Yehovanı yaxından tanıdıqca əmin oluruq ki, O, heç vaxt insana öləndən sonra işgəncə verməz. Qanunun təkrarı 32:4 və 1 Yəhya 4:8 ayələrini oxuyun. Sonra növbəti sualları müzakirə edin:
Necə düşünürsünüz, bu cür gözəl Allah ölən adama işgəncə verər?
Ölüm haqda həqiqət sizə təsəlli verir? Nəyə görə?
BƏZİ İNSANLAR DEYİR: «Qorxuram ki, öləndən sonra işgəncə çəkərəm».
Belə insana Müqəddəs Kitabdan hansı təsəlliverici ayələri oxuyardınız?
İCMAL
İnsan öləndə həyatı sona çatır. Ölülər nə əzab çəkir, nə də dirilərə xətər yetirir.
Təkrar
Müqəddəs Kitabda ölümlə bağlı nə deyilir?
Ölüm haqda həqiqəti bilməyin insana hansı faydası var?
Ölüm haqda həqiqəti bilmək insana necə təsəlli verir?
Ə L A V Ə M Ə L U M A T
Həqiqətənmi, Allah günahkarları cəhənnəmdə cəzalandırır?
Ölülərdən qorxmaq lazımdır?
Görün ölümlə bağlı həqiqət bir kişiyə necə təsəlli verib.