DƏRS 12
Mülayimlik və şəfqət
1 Salonikililərə 2:7, 8
İCMAL: Səmimi hisslərlə danış, qoy dinləyicilərin rifahını fikirləşdiyin görünsün.
NECƏ NAİL OLMAQ OLAR?
Dinləyiciləri düşün. Onların yaşadığı problemləri yadına salaraq özünü çıxışa hazırla. Onların hansı hissləri keçirdiyini təsəvvür etməyə çalış.
Sözləri diqqətlə seç. Dinləyiciləri təravətləndirməyə, möhkəmləndirməyə, onlara təsəlli verməyə çalış, hisslərinə toxunacaq sözlərdən qaç. Başqa dinə etiqad edən insanlar və onların inancları haqda hörmətsiz danışma.
Dinləyiciləri düşündüyünü göstər. Mülayim tonla və münasib jestlərlə dinləyicilərə onların rifahını fikirləşdiyini göstər. Üz ifadənə fikir ver, tez-tez gülümsə.