NƏĞMƏ 20
Əziz Oğlunu qurban verdin
Çap versiyası
1. Yehova, Xudaya,
Heç yox idi çarə.
Fidyəysə veribdir
Hər kəsə ümid!
Sənin sonsuz sevgin
Xilas üçün zamin.
Yehova, qoymadın
Bizi Sən naümid.
NƏQARƏT
Əziz Övladını
Bizə qurban verdin,
Sənə mədhlər söylərik,
Bizdən ötrü fəda etdin.
2. Yehova, rəhmlisən,
Böyükdür kərəmin.
Sevirik, İlahi,
Adını Sənin.
Verdin Sən hədiyyə —
Bizdən ötrü fidyə.
Biz yaşayaq deyə
Məsih verdi canın.
NƏQARƏT
Əziz Övladını
Bizə qurban verdin,
Sənə mədhlər söylərik,
Bizdən ötrü fəda etdin.
SONLUQ
Yehova, Xudaya, şükran dolu qəlblər
Fidyəyçün eylər həmd durmadan, gecə-gündüz.
(Həmçinin baxın: Yəh. 3:16; 15:13.)