Zəbur
א [Alef]
Düz adamların içində, onların məclisində
ב [Bet]
Bütün qəlbimlə Yehovanı ucaldaram.+
ג [Qimel]
Onlardan həzz alanlar onları araşdırır.+
ה [He]
3 Onun əməllərində ehtişam, əzəmət var,
ו [Vav]
Ədaləti əbədidir.+
ז [Zayn]
4 Möhtəşəm işlərini yaddaşlara həkk edir.+
ח [Xet]
Yehova şəfqətlidir, mərhəmətlidir.+
ט [Tet]
5 Ondan qorxanların ruzisini yetirər.+
י [Yud]
Əhdini daim yadda saxlar.+
כ [Kaf]
İşlərinin qüdrətini onlara nümayiş etdirib.
מ [Mem]
7 Həqiqətdir, ədalətdir əllərinin işi.+
נ [Nun]
Bütün buyruqları etibarlıdır.+
ס [Samex]
8 Onlar həmişə, indidən ta əbədiyyətədək sabitdir,
ע [Ayn]
Həqiqətdən, salehlikdən yaranmışlar.+
פ [Pe]
צ [Tsade]
Əhdini əbədilik bərqərar edib.
ק [Kof]
Onun adı müqəddəsdir, zəhmlidir.+
ר [Reyş]
10 Hikmətin başı Yehovadan qorxmaqdır.+
ש [Sin]
Əmrlərinə əməl edən ağıllı adamdır.+
ת [Tav]
Qoy O, dünya durduqca mədh olunsun!