Zəbur
Dirijora. «Məhv etmə». Asəfin məzmuru.+
75 Şükür edirik Sənə, İlahi, şükür edirik;
Sən bizimləsən.+
İnsanlar xariqüladə işlərini bəyan edir.
2 Sən deyirsən: «Mən vaxt təyin edəndə
Ədalətlə mühakimə edirəm.
3 Dünya və sakinləri lərzəyə gələndə
Onun sütunlarını tutub saxlayan Mən idim». (Selah)
4 Lovğaya: «Bəsdir lovğalıq etdin», — deyirəm,
Şər adama isə: «Gücünlə öyünmə*,
5 Gücünlə çox öyünmə,
Lovğa-lovğa danışma, — deyirəm, —
6 Çünki başıucalıq nə qərbdən, nə şərqdən,
Nə də cənubdan gəlir.
8 Yehova əlində bir cam tutub,+
İçi köpüklənən tünd şərabla doludur.
O, camı dibinədək boşaldacaq,
Dünyanın bütün pisləri onu son damlasınadək içəcək».+
9 Mən isə bunu əbədiyyən bəyan edəcəyəm,
Yaqubun Allahını nəğmələrdə tərənnüm edəcəyəm.
10 O deyir: «Mən şər adamın buynuzunu sındıracağam.
Salehinsə gücü* ucalacaqdır».