Zəbur
Dirijora. Simli alətlərin müşayiətilə. Asəfin məzmuru.+
3 Orada qırdı kamandan atılan yanar oxları,
Qalxanı, qılıncı, bütün yaraq-yasağı.+ (Selah)
4 Sən nura bürünmüsən,
Şikar dolu dağlardan da vüqarlısan.
6 Ey Yaqubun Allahı, Sənin hökmündən
Arabanı sürən də, at da dərin yuxuya daldı.+
7 Sən, yalnız Sən zəhmlisən!+
Alovlu qəzəbin qarşısında kim dura bilər?+
8 Sən hökmünü göylərdən elan etdin,+
Yer qorxdu, sükuta qərq oldu,+
9 Çünki Allah ayağa qalxdı, hökmünü vermək üçün,
Dünyanın həlim insanlarını qurtarmaq üçün.+ (Selah)
11 Ey Allahın ətrafına toplaşanlar,
Allahınız Yehovaya nəzirlər deyin,
Onları yerinə yetirin,+
Qorxu içində Ona bəxşiş gətirin.+
12 O, rəhbərlərin qürurunu sındırar,
Dünyanın padşahlarını dəhşətə salar.