Çıxış
6 Onda Yehova Musaya dedi: «Firona nə edəcəyimi görəcəksən.+ Əlimin gücü qarşısında məcbur qalıb onları buraxacaq, nəinki buraxacaq, hətta qovacaq ölkəsindən».+
2 Sonra Allah Musaya dedi: «Mən Yehovayam. 3 İbrahimə, İshaqa və Yaquba Qadir Allah+ kimi görünsəm də, Özümü onlara Yehova adı+ ilə tanıtmamışdım*.+ 4 Onlarla əhd bağlamışdım ki, qərib kimi yaşadıqları Kənan torpağını onlara verəcəyəm.+ 5 İndi isə misirlilərin kölə etdiyi israillilərin fəryadını eşitdim və əhdimi xatırladım.+
6 Buna görə də israillilərə belə de: “Mən Yehovayam. Sizi misirlilərin zülmündən, onların köləliyindən azad edəcəyəm.+ Çıxardığım böyük hökmlərlə, qüvvətli əlimlə sizi qurtaracağam.+ 7 Sizi Özümə xalq edəcəyəm, sizin Allahınız olacağam.+ Biləcəksiniz ki, Mən Allahınız Yehovayam, sizi Misirin zülmündən azad edən Allah. 8 Sizi İbrahimə, İshaqa və Yaquba and içib vəd etdiyim diyara aparacağam. Bu torpaqları sizə mülk verəcəyəm.+ Mən Yehovayam”».+
9 Musa bu sözləri israillilərə çatdırdı, ancaq onlar ruhdan düşdüklərinə və ağır köləlik boyunduruğu altında əzildiklərinə görə Musanı eşitmədilər.+
10 Onda Yehova Musaya dedi: 11 «Misir padşahı fironun hüzuruna get və ona söylə ki, israilliləri ölkəsindən buraxsın». 12 Musa isə Yehovaya dedi: «Heç israillilər mənə qulaq asmadılar,+ qalmışdı ki firon. Axı mən güc-bəla ilə danışıram».+ 13 Amma Yehova Musa ilə Haruna xalqın Misir torpağından çıxması ilə bağlı israillilərə və Misir padşahı firona çatdıracaqları əmrləri bir daha təkrar etdi.
14 İsraillilərin nəsil başçıları bunlardır: İsrailin ilk oğlu Rubənin+ oğulları: Hənuq, Fəllu, Həsrun və Qarmi.+ Bunlar Rubəndən törəyənlərdir.
15 Şəmunun oğulları: Yəmuil, Yəmin, Əhəd, Yakin, Zohar və kənani qadından doğulmuş Şaul.+ Bunlar Şəmundan törəyənlərdir.
16 Lavinin+ oğulları: Hirsən, Kəhat və Merar. Onlardan törəyən ailələr onların adını daşıyırdı.+ Lavi yüz otuz yeddi il yaşamışdı.
17 Hirsənin oğulları Libni və Şimay idi. Onlardan törəyən ailələr onların adını daşıyırdı.+
18 Kəhatın oğulları: İmran, İshar, Həbrun və Üzziil.+ Kəhat yüz otuz üç il yaşamışdı.
19 Merarın oğulları: Məhli və Muşi.
Bu, Lavidən törəyənlərin nəsil şəcərəsidir.+
20 İmran bibisi Yuhabidlə evlənmişdi.+ Yuhabid ona Harunu və Musanı doğmuşdu.+ İmran yüz otuz yeddi il yaşamışdı.
21 İsharın oğulları: Qarun,+ Nafiq və Zəkri.
22 Üzziilin oğulları: Müsail, Əlsəfan+ və Zitri.
23 Harun İlsəba ilə evlənmişdi. İlsəba Əminədabın qızı və Nəhsunun+ bacısı idi. O, Haruna Nadabı, Abihunu, Əlyazarı və İsamarı doğmuşdu.+
24 Qarunun oğulları: Əsir, Əlqəna və Əbiasəf.+ Bunlar Qarundan törəyənlərdilər.+
25 Harunun oğlu Əlyazar+ Fətailin qızlarından biri ilə evlənmişdi. O, Əlyazara Fənhası+ doğmuşdu.
Bunlar Lavi oğullarının nəsil başçılarıdır.+
26 Yehovanın «israilliləri dəstə-dəstə Misirdən çıxarın» dediyi Harun və Musanın soy-kökü budur.+ 27 İsrailliləri Misirdən çıxarmaq üçün məhz bu Musa və Harun Misir padşahı fironla danışmışdı.+
28 Yehova Misir torpağında Musa ilə danışmışdı. 29 Musayla danışdığı gün Yehova ona demişdi: «Mən Yehovayam. Sənə dediyim bütün sözləri Misir hökmdarı firona söylə». 30 Musa isə Yehovaya demişdi: «Mən güc-bəla ilə danışıram. Firon mənə qulaq asacaq?»+