Huşə
2 Heç düşünmürlər ki, Mən onların şər əməllərini yadıma salacağam.+
Əməlləri onları bürüyüb,
Gözümün qarşısındadır.
3 Şər əməlləri ilə padşahı,
Hiylələri ilə başçıları sevindirirlər.
4 Hamısı zinakardır,
Çörəkçinin qaladığı,
Xəmir acıyanadək daha qurdalamadığı soba kimi alışıb yanırlar.
5 Padşahımızın şad günündə başçıları azar tutdu,
Şərabdan qızışdılar.+
Padşah rişxəndçilərlə əl-ələ verdi.
6 Onlar soba kimi alışıb-yanan ürəkləri ilə yaxınlaşırlar*.
Çörəkçi bütün gecəni yatır,
Səhər isə soba gur-gur yanır.
7 Hamısı soba kimi qızışıb,
Öz hakimlərini udurlar.
8 Əfraim xalqlara qaynayıb-qarışır.+
O, bir üzü çiy qalmış kökədir.
9 Qüvvətini yadlar apardı,+ o isə bilmədi.
Saçı ağardı, onunsa xəbəri olmadı.
10 İsrailin təkəbbürü ona qarşı şəhadət edir.+
Bununla belə, onlar Allahları Yehovaya sarı dönmədilər,+
Onu axtarmadılar.
11 Əfraim səfeh göyərçinə bənzəyir, ağılsızdır.+
O, Misiri çağırdı,+ Aşşura getdi.+
12 Hara getsələr, torumu onların üstünə atacağam.
Onları göy quşları kimi yerə salacağam.
İcmalarına bildirmişdim, odur ki, onları cəzalandıracağam.+
13 Onlar Məndən qaçdılar, vay onların halına!
Mənə asi oldular, qoy məhv olsunlar!
Onları qurtarmaq istəyirdim, onlarsa Mənə böhtan atdılar.+
14 Yataqlarında zar-zar ağladılar,
Amma Məni ürəkdən köməyə çağırmadılar.+
Taxıl və təzə şərabdan ötrü özlərini yaraladılar,
Məndən üz döndərdilər.
15 Mən onları tərbiyə etdim, qollarına qüvvət verdim,
Onlarsa Mənə qarşıdırlar, hey qəsd qururlar.
Başçıları dikbaş-dikbaş danışdıqlarına görə qılıncdan keçiriləcək.
Buna görə onları Misir torpağında ələ salacaqlar».+