Huşə
8 «Şeypur çal!+
Düşmən Yehovanın evi üzərinə qartal kimi şığıyır,+
2 Onlar fəryad edirlər: “Ey Allahımız, biz israillilər Səni tanıyırıq”.+
3 İsrail yaxşılığı rədd etdi.+
Qoy düşmən onu təqib etsin.
4 Onlar Mənsiz padşahlar qoydular,
Tanımadığım kəsləri başçı qoydular.
5 Ey Səməriyyə, səndəki dana bütünü rədd etdim.+
Qəzəbim onlara qarşı alovlandı.+
Nə vaxtadək paklaşa bilməyəcəklər?
6 Bu, İsrailin işidir.
Onu usta düzəldib, o, Allah deyil.
Buna görə Səməriyyədəki dana bütü xıncım-xıncım olacaq.
Taxıllarda sünbül yoxdur,+
Cücərən sünbüllərdən un çıxmır,
Çıxsa da yadlar yeyəcək.+
8 İsraili aşırıb yeyəcəklər.+
Onlar xalqlar arasında
Gərəksiz qab kimi olacaqlar.+
9 Çünki onlar yalqız çöl eşşəyi kimi Aşşura getdilər.+
Əfraim muzdla özünə məşuqlar tutdu.+
10 Xalqlar arasından özlərinə muzdla məşuqlar tutsalar da,
İndi onları bir yerə toplayacağam.
Onlar padşah və başçıların qoyduğu yük altında əzab çəkəcəklər.+
11 Əfraim günah işləmək üçün qurbangahları çoxaltdı.+
Bunlar onun günah qurbangahları oldu.+
12 Mən onun üçün çoxlu qanunlar yazdım,
Lakin o, onları qəbul etmədi.+
13 Mənə bəxşiş olaraq qurban gətirir, ətindən yeyirlər,
Amma Yehova onlardan razı qalmır.+
O, onların təqsirini yada salacaq, günahlarına görə cəzalandıracaq.+
Mən onun şəhərlərinə od göndərəcəyəm,
Hər birinin qülləsini yandırıb yox edəcək».+