Dənyal
8 Mən Dənyal, əvvəllər aldığım vəhydən sonra başqa bir vəhy aldım.+ Bu, padşah Bəlşəzzarın+ hakimiyyətinin üçüncü ilində olmuşdu. 2 Mən vəhydəki görüntüləri görərkən Elam əyalətinin+ Şuş*+ qalasında idim. Bu görüntülərə baxırdım və Ulay çayının kənarında idim. 3 Başımı qaldırıb gördüm ki, çayın kənarında bir qoç+ durub. Onun iki buynuzu+ vardı. Buynuzların ikisi də uzun idi, ancaq biri o birindən daha uzun idi. Daha uzun buynuz sonradan çıxmışdı.+ 4 Mən gördüm ki, qoç qərbə, şimala və cənuba tərəf kəllə atır. Heç bir heyvan onun qabağında dura bilmirdi və onun əlindən xilas edə bilən yox idi.+ O, istədiyini edir və özünü yüksəldirdi.
5 Sonra baxıb gördüm ki, qərbdən bir təkə+ ayağı yerə dəymədən bütün yer üzünü aşa-aşa gəlir. Bu təkənin gözləri arasında bir görkəmli buynuz+ vardı. 6 O, çayın kənarında gördüyüm qoşabuynuz qoça sarı gəlirdi; ona sarı şiddətli qəzəblə qaçırdı.
7 Gördüm ki, o, qoça yaxınlaşır və ona çox acıqlıdır. O, qoçu vurdu və hər iki buynuzunu sındırdı. Onun qarşısında durmağa qoçun gücü çatmadı. O, qoçu yerə yıxıb tapdaladı; qoçu onun əlindən xilas edən olmadı.
8 Onda təkə özünü çox-çox ucaltdı, lakin güclənib-qüdrətlənən kimi iri buynuzu sındı. Onun yerində dünyanın dörd səmtinə* yönəlmiş dörd gözəçarpan buynuz göründü.+
9 Bu buynuzların birindən digər bir kiçik buynuz çıxıb cənuba, şərqə və dilbər məkana*+ tərəf boy atıb çox uca oldu. 10 O qədər ucaldı ki, göylər ordusuna çatdı, ordunun və ulduzların bir qismini yerə salıb tapdaladı. 11 O, özünü ordunun əmirindən də uca tutdu, daimi qurbanlığı onun əlindən aldı və onun müqəddəs məkanının durduğu yeri dağıtdı.+ 12 Asiliyə görə ordu və daimi qurbanlıq buynuza təslim edildi. O, haqqı yerə atır, işində uğur qazanırdı.
13 Sonra mən bir müqəddəs varlığın danışdığını eşitdim. Digər müqəddəs varlıq isə danışana deyirdi: «Daimi qurbanlıq və viranəlik gətirən+ asilik haqqında, müqəddəs məkanın və ordunun tapdalanması haqqında olan vəhy nə qədər sürəcək?» 14 O, mənə dedi: «İki min üç yüz axşam və səhər keçənə qədər. Sonra müqəddəs məkan bərpa olunub qaydaya salınacaq».
15 Mən Dənyal vəhydəki görüntüləri görəndə onların mənasını bilmək istədim. Birdən qarşımda insan simasında bir nəfərin durduğunu gördüm. 16 Sonra Ulayın+ ortasından insan səsi eşitdim. Səs deyirdi: «Ey Cəbrayıl+, gördüklərinin mənasını ona aç».+ 17 O, durduğum yerə yaxınlaşdı, yaxınlaşanda mən elə qorxdum ki, üzüstə yerə düşdüm. O, mənə dedi: «Ey bəni-adəm, bil və agah ol, bu vəhy axırzamana aiddir».+ 18 O, mənimlə danışarkən mən yerdə üzüstə dərin yuxuya getdim. O, mənə toxundu və qaldırıb ayaq üstə qoydu.+ 19 Sonra dedi: «Mən sənə qəzəb dövrünün yekununda nələrin baş verəcəyini bildirirəm. Çünki bu, axırzamana aiddir.+
20 Gördüyün ikibuynuzlu qoç Mada və Fars+ şahlarıdır. 21 Qıllı təkə Yunanıstan padşahıdır,+ gözləri arasındakı görkəmli buynuz ilk padşahıdır.+ 22 Bu buynuzun sınıb yerində dörd buynuzun çıxması+ o deməkdir ki, onun xalqından dörd padşahlıq peyda olacaq, amma onun gücünə çatmayacaq.
23 Onların hakimiyyətinin axırında, asilərin asiliyi son həddə çatanda, ikibaşlı sözləri anlayan vəhmli padşah meydana çıxacaq. 24 Bu padşah çox güclü olacaq, amma bu, onun öz gücü olmayacaq. O, görünməmiş bərbadlıqlar törədəcək, gördüyü hər işdə uğur qazanacaq. Qüdrətliləri, eləcə də müqəddəs xalqı+ məhv edəcək. 25 Fəndgirliyi ilə kələk işlədib uğur qazanacaq. Öz ürəyində qürrələnəcək və dinclik dövründə* çoxlarını həlak edəcək. O, hətta əmirlər Əmirinin əleyhinə qalxacaq, amma insan əli dəymədən məhv olacaq.
26 Vəhydə axşam və səhər haqqında deyilənlər həqiqətdir, lakin sən bu vəhyi sirr olaraq saxlamalısan, çünki o, uzaq gələcəyə aiddir».+
27 Mən Dənyal bir neçə gün halsız, naxoş oldum.+ Sonra durub padşahın işləri ilə məşğul olmağa başladım.+ Amma gördüklərim məni mat qoymuşdu. Bunu kimsə anlaya bilmirdi.+