Məsəllər
10 Süleymanın məsəlləri.+
Ağıllı oğul atasını sevindirər,+
Axmaq oğul isə anasına dərd olar.
2 Haram yolla yığılan xəzinə xeyir gətirməz,
Salehlik isə ölümdən qurtarar.+
3 Yehova salehi ac qoymaz,+
Amma pislərin arzusunu gözündə qoyar.
5 Ağıllı oğul yayda məhsul yığar,
Biçin vaxtı yatan oğulsa rüsvayçıdır.+
12 Nifrət nifaq salar,
Amma məhəbbət bütün günahları örtər.+
15 Varlı adamın sərvəti onun üçün qalalı şəhərdir,
Yoxsulluq kasıbı yıxar.+
16 Salehin əməlləri həyata aparar,
Şər adamınsa qazancı günaha aparar.+
17 Tərbiyəyə bağlanan həyata yol açar*,
Tənbehə məhəl qoymayan başqalarını yoldan çıxarar.
18 Kinini gizlədən yalan danışar,+
İftiralar yayan ağılsızdır.
20 Saleh adamın dili saf gümüşdür,+
Şər adamın ürəyi isə heç nəyə dəyməz.
22 Yehovanın verdiyi bərəkətdir insana sərvət gətirən.+
O, bu bərəkətə kədər qatmaz.
23 Axmaq adam üçün abırsızlıq əyləncədir,
Bəsirətli adama isə hikmət xasdır.+
24 Şər adamın qorxduğu şey başına gələr,
Saleh adam isə muradına yetişər.+
26 Dişlər üçün sirkə, gözlər üçün tüstü necədirsə,
Tənbəl də ona iş buyuran üçün elədir.
31 Salehin dilindən hikmət süzülər,
Əyri dil isə kəsilər.
32 Salehin dili nəyin xoş olduğunu bilir,
Amma şər adamın dilindən fitnə tökülür.