Yəhyaya nazil olmuş vəhy
6 Mən Quzunun+ yeddi möhürdən birini açdığını gördüm+ və dörd məxluqdan+ birinin ildırım səsinə bənzər gur səslə: «Gəl!» — dediyini eşitdim. 2 Sonra baxdım və budur: bir ağ at.+ Atın belində oturanın əlində bir yay vardı. Ona tac verildi+ və o, zəfər çala-çala qələbəsini başa vurmaq üçün irəlilədi.+
3 Quzu ikinci möhürü açanda mən ikinci məxluqun:+ «Gəl!» — dediyini eşitdim. 4 Meydana kürən at çıxdı. Onun belində oturana insanların bir-birini qırması üçün yer üzündən sülhü götürmək izni verilmişdi. Atlıya böyük bir qılınc verildi.+
5 Quzu üçüncü möhürü açanda+ mən üçüncü məxluqun:+ «Gəl!» — dediyini eşitdim. Mən baxdım və budur: meydana qara at çıxdı. Onun belində oturanın əlində tərəzi vardı. 6 Bu vaxt, sanki, dörd məxluqun arasından bir səs gəldi: «Bir kilo* buğda bir dinara*,+ üç kilo arpa bir dinara; zeytun yağını və şərabı zay etmə».+
7 Quzu dördüncü möhürü açanda mən dördüncü məxluqun:+ «Gəl!» — dediyini eşitdim. 8 Mən baxdım və budur: meydana solğun rəngli at çıxdı. Onun belində oturanın adı Ölüm idi və Məzar* addımbaaddım onun dalınca gəlirdi. Onlara yer üzünün dörddə bir hissəsi üzərində ixtiyar verildi. Onlar əhalini uzun qılınc, ərzaq qıtlığı,+ ölümcül xəstəliklər və yerin vəhşi heyvanları vasitəsilə qırmalı idilər.+
9 Quzu beşinci möhürü açanda mən qurbangahın+ altında Allahın sözünə və şəhadət işinə görə+ öldürülmüşlərin qanını gördüm.+ 10 Onlar ucadan qışqırdılar: «Ey Külli-İxtiyar, ey müqəddəs və haqq olan,+ nə vaxta qədər yer üzündə yaşayanları mühakimə edib qanımızın qısasını almayacaqsan?»+ 11 Onların hər birinə ağ libas verildi+ və deyildi ki, özləri kimi qətlə yetiriləcək qul yoldaşlarının və qardaşlarının sayı tamamlanana qədər bir müddət istirahət etsinlər.+
12 Mən Quzunun altıncı möhürü açdığını gördüm və bu vaxt güclü zəlzələ oldu. Günəş çul kimi qapqara qaraldı, ay da, sanki, al qana boyandı.+ 13 Güclü külək kal ənciri yerə tökdüyü kimi, ulduzlar da göydən yerə töküldülər. 14 Səma tumar kimi bürmələnib yoxa çıxdı,+ bütün dağlar və adalar yerindən qaldırıldı.+ 15 Yer üzünün padşahları, məmurları, sərkərdələri, varlıları və qüdrətliləri, hər bir qul və azad insan mağaralarda, dağların qayalarında gizləndi.+ 16 Onlar dağlara və qayalara yalvarırdılar: «Üstümüzə yıxılıb+ bizi taxtda oturandan+ və Quzunun+ qəzəbindən gizlədin, 17 çünki onların böyük qəzəb günü gəldi.+ Onların qarşısında kim dura bilər?»+