Yəhyaya nazil olmuş vəhy
2 Efesdəki+ yığıncağın mələyinə+ yaz: “Sağ əlində yeddi ulduz tutan, yeddi qızıl çıraqdanın arasında gəzən+ belə deyir: 2 “Sənin işlərindən, zəhmətindən, dözümündən xəbərdaram. Bilirəm ki, sən pis adamlara dözmürsən və həvari* olmadıqları halda, özlərini həvari adlandıranları sınaqdan keçirib onların yalançı olduqlarını üzə çıxarmısan.+ 3 Sən dözümlüsən, adım uğrunda+ çox cəfa çəksən də, taqətdən düşməmisən.+ 4 Ancaq sənə iradım var: əvvəlki məhəbbətin soyuyub.
5 Buna görə də bu hala düşməzdən əvvəlki vəziyyətini yadına salıb tövbə et+ və əvvəlki işlərini gör. Əgər tövbə etməsən, onda gəlib çıraqdanını+ yerindən götürəcəyəm. 6 Ancaq bir işin yaxşıdır ki, sən də mənim kimi, Nikola+ təriqətinin əməllərinə nifrət edirsən. 7 Qulağı olan qoy ruhun yığıncaqlara nə dediyini eşitsin:+ mən qalib gələnə+ Allahın cənnətindəki həyat ağacının meyvələrindən yeməyə izin verəcəyəm”.+
8 Smirnadakı yığıncağın mələyinə yaz: “Ölmüş və sonra həyata qayıtmış+ Birinci və Axırıncı+ belə deyir: 9 “Sənin əzab-əziyyətindən və yoxsulluğundan agaham (hərçənd sən varlısan),+ həmçinin özlərini yəhudi adlandırıb, əslində Şeytanın sinaqoqu olanların küfründən də xəbərdaram.+ 10 Qarşıdan gələn bəlalardan qorxma.+ İblis sizlərdən bəzilərini zindana atacaq ki, siz tam sınanasınız. On gün ərzində bəlalara düçar olacaqsınız. Ölüm bahasına olsa da, sadiq qal və mən sənə həyat tacını verəcəyəm.+ 11 Qulağı olan qoy ruhun yığıncaqlara nə dediyini eşitsin:+ qalib gələnə+ ikinci ölüm xələl yetirməyəcək”.+
12 Perqamdakı yığıncağın mələyinə yaz: “Uzun, ikiağızlı iti qılıncın+ sahibi belə deyir: 13 “Bilirəm ki, sən Şeytanın taxtı olan yerdə yaşayırsan. Buna baxmayaraq, sən mənim adıma+ sadiqsən.+ Hətta şəhərinizdə, Şeytanın yaşadığı yerdə öldürülmüş+ sadiq şahidim+ Antipanın vaxtında belə, mənə inandığını danmadın.
14 Bununla belə, sənə iradım var: səndə Bələmin təlimləri dalınca gedənlər var. Bələm+ İsrail oğullarını günaha sürükləmək üçün Balaqı+ öyrədib, onları bütlərə gətirilmiş qurbanları yeməyə və əxlaqsızlığa sövq etdirmişdi.+ 15 Səndə həmçinin Nikola təriqətinin+ təlimləri dalınca gedənlər də var. 16 Buna görə də tövbə et. Əks təqdirdə, mən tezliklə yanına gəlib onlarla ağzımdan çıxan uzun qılıncla vuruşacağam.+
17 Qulağı olan qoy ruhun yığıncaqlara nə dediyini eşitsin:+ qalib gələnə+ gizlində olan manna+ və ağ daş verəcəyəm. Bu daşın üzərində yeni bir ad olacaq. Bu adı onu alandan başqa heç kəs bilmir”.
18 Tiatiradakı+ yığıncağın mələyinə yaz: “Gözləri alovtək yanan+ və ayaqları xalis misə bənzəyən Allahın Oğlu+ belə deyir: 19 “Mən sənin işlərindən, məhəbbətindən, imanından, xidmətindən və dözümündən xəbərdaram. Bilirəm ki, sənin axırıncı işlərin əvvəlkilərdən daha çoxdur.
20 Bununla belə, sənə iradım var: sən özünü peyğəmbər adlandıran o qadının, İzəbilin+ işlərinə göz yumursan. O, mənim qullarımı öyrədib yoldan çıxarır, onları əxlaqsızlığa+ və bütlərə gətirilmiş qurbanları yeməyə təhrik edir. 21 Tövbə etməsi üçün ona vaxt verdim, amma o tövbə edib əxlaqsızlığından əl çəkmək istəmir. 22 Onu azar yatağına salacağam. Onunla zina edənlər onun əməllərindən əl çəkib tövbə etməsələr, onların da başına müsibət açacağam. 23 Onun övladlarına azar verib qıracağam. Beləcə, bütün yığıncaqlar biləcəklər ki, mən insanın ən gizli fikirlərini* və ürəyini tədqiq edirəm. Hər birinizə əməllərinizə görə verəcəyəm.+
24 Tiatirada bu təlimə baş qoşmayan digərlərinizə, “Şeytanın dəryasına”+ baş vurmayanlara isə deyirəm: boynunuza əlavə yük qoymuram. 25 Mən gələnəcən nəyiniz varsa, bərk saxlayın.+ 26 Atam mənə hakimiyyət verdiyi kimi, mən də qalib gələnə və yolumu axıra qədər davam etdirənə xalqlar üzərində hakimiyyət verəcəyəm.+ 27 O, xalqlara dəmir çomaqla+ çobanlıq edəcək, onlar saxsı qab kimi sınıb çilik-çilik olacaqlar. 28 Həm də ona dan ulduzunu verəcəyəm.+ 29 Qulağı olan qoy ruhun yığıncaqlara nə dediyini eşitsin”.