Yəhudanın yazdığı məktub
1 İsa Məsihin qulu, Yaqubun+ qardaşı Yəhudadan Atamız Allah tərəfindən sevilən və İsa Məsih üçün qorunub saxlanılan+ çağırılmışlara+ məktub.
2 Qoy sizə bağışlanmış mərhəmət, sülh və məhəbbət daha da artsın.
3 Əzizlərim, çox istəyirdim ki, sizə ümumi xilasımız barəsində yazım,+ amma bu məktubumda sizi müqəddəslərə həmişəlik verilmiş iman uğrunda ciddi mübarizə aparmağa+ təşviq etməyi lazım bildim. 4 Çünki aranıza Müqəddəs Yazılar tərəfindən hökmü çoxdan kəsilmiş bəzi adamlar giriblər. Bunlar azğınlıq*+ etmək üçün Allahımızın lütfünü bəhanəyə çevirən, həmçinin yeganə sahibimiz və Ağamız İsa Məsihə qarşı xəyanət edən allahsız adamlardır.+
5 Bütün bunları yaxşı bildiyinizə baxmayaraq, sizə xatırlatmaq istəyirəm ki, Yehova xalqını Misirdən+ qurtarsa da, sonradan imansızlıq edənləri məhv etdi.+ 6 Həmçinin əzəl mövqelərini qorumayıb, onlara münasib məkanı tərk edən mələkləri+ böyük günün məhkəməsi üçün qatı zülmət içində əbədi buxovlarda saxlayır.+ 7 Sədum, Əmurə və ətraf şəhərlər də acgözlüklə əxlaqsızlıq edib qeyri-təbii şəhvətlərinin dalınca düşürdülər.+ Onlar sönməz alov cəzası çəkməklə bizə bir ibrət nümunəsi olmuşlar.+
8 Bütün bunlardan sonra bu adamlar da xülyalara uyaraq cismi murdarlayır, hakimiyyəti saymır, şərəf sahiblərindən təhqirlə danışırlar.+ 9 Hətta baş mələk+ Mikayıl+ Musanın cəsədi+ barəsində İblislə mübahisə edəndə onu təhqiramiz sözlərlə ittiham etməyə cürət etmədi,+ sadəcə dedi: «Qoy Yehova səni məhkum etsin».+ 10 Amma bu adamlar başa düşmədikləri şeylər haqqında təhqirlə danışır+ və şüursuz heyvanlar kimi sövqi-təbii anladıqları şeylərlə+ özlərini pozğunlaşdırırlar.
11 Vay onların halına! Onlar Qabilin+ yolu ilə getdilər, qazanc uğrunda Bələmin+ yanlış yolunu tutdular, Qarun+ kimi, üsyankar nitqlərində məhv oldular.+ 12 Onlar dostluq məclislərinizdə sizinlə yeyib-içərkən sualtı qayalar kimidirlər.+ Onlar qorxu bilmədən qarın otaran çobanlar,+ küləyin ora-bura apardığı boş buludlar,+ barsız, qup-quru qurumuş, kökündən qoparılmış payız ağaclarıdırlar. 13 Öz abırsızlıqları ilə köpüklənən coşqun dəniz dalğalarına,+ sərgərdan ulduzlara bənzəyirlər. Onlar üçün qatı zülmət əbədi olaraq hazır durur.+
14 Adəmdən sonra yeddinci nəsildə doğulmuş Hənuq+ onlar haqqında peyğəmbərlik etmişdi: «Budur, Yehova on minlərlə müqəddəs mələyi ilə gəldi+ ki, 15 hamı üzərində hökmünü icra etsin+ və bütün allahsızları qorxub-çəkinmədən gördükləri pis işlərinə görə, Allah qorxusu olmayan günah sahiblərini Ona qarşı dedikləri bütün biabırçı sözlərə görə ittiham etsin».+
16 Bunlar deyingən,+ daima talelərindən narazı, öz nəfsləri dalınca düşən adamlardır.+ Onların dilindən lovğalıq tökülür, mənfəət xatirinə başqalarına yaltaqlanırlar.+
17 Siz isə, əzizlərim, Ağamız İsa Məsihin həvarilərinin əvvəlcədən dedikləri sözləri yadınıza salın. 18 Onlar sizə deyirdilər: «Zamanın sonunda öz bəd nəfslərinin dalınca düşən rişxəndçilər peyda olacaq».+ 19 Bunlar araya nifaq salan,+ nəfsani, ruhanilikdən* məhrum adamlardır. 20 Siz isə, əziz qardaşlar, özünüzü son dərəcə müqəddəs imanınızın təməli üzərində möhkəmləndirməklə və müqəddəs ruhla dua etməklə,+ 21 Ağamız İsa Məsihin əbədi həyata aparan mərhəmətini gözləyərkən+ Allahın məhəbbətindən ayrılmayın.+ 22 Bundan əlavə, şübhələri olanlara+ qarşı mərhəmət göstərin;+ 23 onları alovdan qapıb çıxararaq xilas edin.+ Digərlərinə mərhəmət göstərin, eyni zamanda bədənin murdarladığı paltara ikrah edin və özünüzdən muğayat olun.+
24 Sizi yıxılmaqdan qoruya bilən və Öz şərəfli hüzuruna böyük sevinclə, ləkəsiz+ gətirə bilən Xilaskarımıza, tək Allaha eşq olsun! 25 Calal, əzəmət, qüdrət və hakimiyyət Ağamız İsa Məsih vasitəsilə əzəldən əbədiyyətə qədər Onun olsun. Amin.